2 soydaşımız bədbəxt hadisənin qurbanı oldu

14:01 31-07-2022 | icon 228 | Hadisə
2 soydaşımız bədbəxt hadisənin qurbanı oldu
 
 

Gürcüstanda soydaşlarımızın sıx yaşadığı Marneuli rayonunda bədbəxt hadisə baş verib.

 

 

Versus.az xəbər verir ki, hadisə Sulxan Saba küçəsində yaşayan Zaur Rüstəmova məxsus evin həyətində baş verib. Belə ki, ev sahibinin kanalizasiya quyusunun təmizlənməsi üçün çağırdığı fəhlə quyuya enəndən sonra onun halı qəflətən pisləşib.

 

Z.Rüstəmov ona kömək etmək üçün quyuya enib. Lakin bu zaman Z.Rüstəmovun da halı pisləşib, huşsuz vəziyyətə düşüb. Nəticədə hər ikisi quyudan çıxa bilməyib.

 

Xilasedicilər və təcili tibbi yardım briqadası gələnə kimi vəziyyətləri daha da ağırlaşan hər iki soydaşımız ölmüş halda aşkarlanıb.

 

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub. Faktla bağlı istintaq tədbirlərinə başlanılıb.(report)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI