Xankəndinin küçələri bomboşdur

10:23 01-08-2022 | icon 348 | Siyasət
Xankəndinin küçələri bomboşdur

Fuad Əliyev: "Bir neçə lokal hərbi əməliyyatla separatçı rejimin yuvasını dağıtmaq olar"

 

Erməni ictimai xadim, Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov müsahibəsində bildirib ki, əksər hallarda Ermənistan sakinləri Azərbaycanla münasibətləri yaxşılaşdırmaq, qonşu Azərbaycan xalqı ilə sülh şəraitində yaşamaq istəyirlər. Onun sözlərinə görə, məhz Azərbaycan kimi qonşu ilə dost olmaq, iqtisadi əməkdaşlığı inkişaf etdirmək olar və olmalıdır.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında bunu bir halda mümkün sayıb.

 

Partiya sədrinin sözlərinə görə, bunun üçün Ermənistan götürdüyü öhdəlikləri tam yerinə yetirməlidir:

 

"İlk növbədə nəqliyyat-kommunikasiya xətləri işə düşməlidir, İrəvan Bakının şərtlərini sözdə yox, əməldə qəbul etməlidir, Zəngəzur dəhlizi maneəsiz keçid olaraq açılmalıdır, Qarabağdan terrorçu erməni dəstələri rədd olmalıdır. Bundan sonra barışıq heyətləri də bir araya gələ bilər, Bakıdan ziyalılar, siyasətçilər Xankəndiyə gedərək mülki ermənilərlə görüşüb onlara vədlər də verə bilər. İndiki halda beyni zəhərlənmiş həmin ermənilər ”artsax" xülyası ilə məhv olmaqdadırlar. Qarabağın dağlıq ərazisində olduqca az erməni qalıb, Xankəndi küçələri bomboşdur, insanların sabaha ümidi qalmayıb, amma yenə də Araik, Vitali, Bako kimilər onlara nağıllar danışır. Onlarda bizə nifrət aşılayır, belə şəraitdə Qarabağdakı ermənilərlə birbaşa təmas alınarmı? Üstəlik, sülhməramlılar da onları arxayın salıb və bir hasar hörüblər. Yəni təmas mümkün görünmür. Ona görə real addımlar atılmalıdır".

 

ALDP sədri təklif edir ki, bir neçə lokal hərbi əməliyyatla separatçı rejimin yuvasını dağıtmaq olar:

 

“Azərbaycan ərazisində terrorçu qruplaşmalar qalmamalıdır. Biz bu məsələdə sərt olmalıyıq. Çünki iki ilə yaxındır ki, 10 noyabr sazişinin müddəalarının icrası yubadılır. Ermənistan vaxt qazanır, qondarma rejim sülhməramlılara arxayınlaşıb, hələ azmış kimi revanşist fikirlər səsləndirirlər. Bu zaman barışıq heyəti onlarla nəyi müzakirə edəcək? Onlar ancaq ”Dəmir yumruq"dan anlayırlar. Başqa cür başa düşmürlər. Ağacanov tələsməsin, tezliklə özləri barışıq heyəti göndərəcəklər, ayağımıza düşüb bir daha yalvaracaqlar. Deyəsən, kapitulyasiya az oldu, iti axıra qədər qovmaq lazımdır. Çünki Avropa İttifaqının və Rusiyanın moderatorluğu ilə keçirilən bütün görüşlərin yekununda Ermənistan yenə cığallıq etməkdədir. Paşinyan da, Araik də bunkerdə gizlənmək üçün darıxıblar". 

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI