"Azərbaycanın böyük elmi potensialı var, amma..."

10:24 01-08-2022 | icon 209 | Cəmiyyət
"Azərbaycanın böyük elmi potensialı var, amma..."

 

 

“Azərbaycan Milli Elmlər Akademiyası müasir tariximizin dəyərlərindən biridir. Orda kimlərin işləməsindən, elmi tədqiqatların səviyyəsindən asılı olmayaraq belə bir ictimai təhsisatı birdən-birə yox etmək olmazdı. Ona görə də ölkə prezidentinin imzaladığı sənəd  çox ciddi bir islahatın əsasını qoydu”.

 

 

Versus.az xəbər verir ki, bunu sosioloq -kulturoloq Aydın Xan Əbilov AMEA ətrafında aparılan son müzakirələrin mahiyyətini təhlil edərkən bildirib.

 

A.X.Əbilov qeyd edib ki, Elmlər Akademiyasının ləğvini gözləyən bəzi şəxslərə rəğmən cənab prezident elm və təhsili birləşdirəcək yeni bir islahatın başlanğıcını qoydu. Elmlər Akademiyasının bir çox tədqiqat institutları Mədəniyyət Nazirliyinin, yaxud yenicə formalaşdırılmış  Elm və Təhsil Nazirliyinin tabeçiliynə verildi.

 

“Hər hansı bir dövlət öz təsisatları, elmi-texniki innovasiyalara açıq olması ilə tanınır. Bu baxımdan AMEA-nın tarixi mövqeyi əvəzolunmazdır. Bu gün həm Elmlər Akademiyasının yeni nazamnaməsinin hazırlanması, həm də Elm və Təhsil Nazirliyinin formalaşdırılması ilə bağlı işlər aparılır”. 

A.X.Əbilov bildirib ki, bu gün Azərbaycanda təhsil və elmin səviyyəsi dünya standartlarına uyğun deyil. Onun fikrincə, istər sovet dövründə, istərsə də müstəqillik dönəmində bununla bağlı həmişə ictimai diskusiyalar, debatlar  aparılıb.

 

"Bununla belə Azərbaycan vaxtilə fundamental elm sahələrinin, xüsusən də neftlə bağlı sənayenin inkişafına təkan verəcək tədqiqat işlərinə görə nəinki keçmiş SSRİ, həm də dünyanın aparıcı elm mərkəzlərindən biri sayılırdı.  İstər Elmi -Tədqiqat İnstitutları, istərsə də “AZİ” bu sahə üzrə çox nüfuzlu elmi- tədqiqat qurumu sayılırdılar.

Son 30 ildə elmə, fundomental sahələrə diqət azaldıqca bu sahələr zəifləməyə başladı. AMEA bunun günahını universitetlərdə,  universitetlər isə AMEA-da axtarırdılar. 

Bu gün alimlərimizin, tədqiqatçılarımızın günün tələblərinə uyğun işlər aparıb-aparmaması müzakirə oluna bilər. Amma bunu da rəqabətə davamlı, müsabiqə yönümlü, qrant yönümlü formata keçirməkə təsirini, fəaliyyətini gücləndirmək olar.

 

, nəinki  tİstərdik ki, AMEA Elm və Təhsil Nazirliyinin tabeliyinə keçsə də rəqabətə davamlı bir qurum kimi fəaliyyət göstərsinabe olduğu nazirliyə hesabat verən və nazirliyin yuxarı göstərişlərini yerinə yetirən ölü bir quruma çevrilsin”.

 

Sosioloq qeyd edib ki, keçmişdə AMEA-nın alimləri ilə universitetlər arasında çox böyük rəqabət var idi. Hətta təhsil Nazirliyi ilə AMEA arasında çox ciddi, texnoloji rəqabət, bəzən savaş, bəzən davalar yarışmalar var idi. Bu da Azərbaycan elmini inkişafa aparırdı. Nazirliyin tənbəl məmurları, universitetin liberal müəllimləri ilə, Elmlər Akademiyasının oturuşmuş alimləri arasındakı o rəqabət güclü elmlərin inkişafına səbəb olmuşdu. Amma indi fundamental elmlər arxa plana keçib. Çünki fundamental elmləri süni intellekt, kampyutür texnologiyaları əvəzləyir. Bu mənada alimlər də innovasiyalara, startaplara açıq olmalıdırlar. Yenilikləri biznesə çevirmək üçün yollar axtarmalıdırlar. 

A.X.Əbilov Elmlər Akademiyasının şəhərin mərkəzində olan mülklərinə, torpaq sahələrinə diqqət çəkərək, bunların tariximizə, xalqımıza məxsus abidələr olduğunu qeyd edib. O, AMEA-nın bir çox müəssisələrin ləğv olunma ehtimalını qorxulu məqam kimi qeyd edib. Eyni zamanda hansısa işbazların o torpaqları ələ keçirmək sevdasına düşməsini də istisna etməyib. Bir çox kitabxanaların ləğv olunaraq biznes məkanlarına çevrilməsi faktı üzərindən yaranan qalmaqalları qeyd edən A.X.Əbilov vaxt keçdikcə həmişn şəxslərin cavabdehlik daşıyacağını bildirib.

 

 

Bütün bunlarla yanaşı, A.X.Əbilov hesab edir ki, Azərbaycanın böyük elmi potensialı var.

“Amma Azərbaycan onu realaşdırmaq üçün kiçik ölkədir. Biz Azərbaycanı elmi potensialı və elmi texnologiyaları xammal kimi xaricə ixrac edən quruma çevirə bilərik. Bununla yanaşı ictimai nəzarət sistemi olmalıdır. Təhsil Nazirliyinin də kifayət problemləri var. Yeni qurumları da onlara verməklə bir qədər onları yükləmiş oluruq. İctimai nəzarət yoxdursa bu xaosa apara bilər”.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI