"Peşəkar jurnalistlər o reketləri görürlər, amma"

10:35 01-08-2022 | icon 167 | KİV
"Peşəkar jurnalistlər o reketləri görürlər, amma"

 

  

Son günlər reketçilik, şantajla məşğul olan, özünü jurnalist kimi təqdim edən şəxslərə qarşı mübarizənin zəruriliyi yenidən gündəmə gətirilib.  Belə hesab olunur ki, reket jurnalistika var, amma ona qarşı inzibati qaydada mübarizə üsulu, eləcə də ictimai qınaq formasında dirəniş göstərmək təcrübəsi çox zəifdir. Eləcə də şantaj olunan, təhqir və böhtana məruz qalan vətəndaş çox vaxt susur. Çünki onun öz haqqını qoruması üçün həm vaxtı, həm də pulu gedir, nəticə isə məqbul deyil.

 

Vətəndaşın həm mənəvi, həm maddi şantaja məruz qalmamağı, öz haqlarını müdafiə etməsi üçün hansı addımlar atmasına ehtiyac var. Peşəkar jurnalistika bu cür “jurnalistlərin” ifşa olunmasında nə dərəcədə aktivdir. Ümumən reket jurnalistika ilə mübarizə necə gedir?

 

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz bildirib ki, əslində Mətbuat Şurası reket jurnalistika ilə mübarizə komitəsi yaradıb və bunun hesabına reket jurnalistlərin sayı xeyli azalıb. Amma kökü kəsilməyib. Bir çox adamlar müxtəlif saytlar yaradaraq hələ də reketlik etməkdə davam edirlər. Yəni problem var.

 

Y.Oğuz bildirib ki, bu gün ən mühüm məsələ bir sıra bloggerlərin, ayrı-ayrı şəxslərin müxtəlif səhifələr, “tik-tok”-lar, onlayn kanallar açaraq kimlərisə şantaj etməsi ilə bağlı yaranan problemdir. Onun fikirncə, belə hallara qarşı mübarizəyə reket jurnalistikasına qarşı mübarizənin davamı kimi baxılmalıdır. Bir çox sosial şəbəkə üzvləri də var ki, onlar dövlət, hərbi sirləri açır, insanların fərdi azadlıqlarına toxunurlar.

 

Y.Oğuz belə hallarla mübarizə çox ağır bir prosesdir. Çünki internet resursları o qədər böyükdür, hər kəsə əl çatmır. Yəni kimlərsə Amerikada, Almaniyada oturub ağızlarına gələni yaza bilərlər.

 

Baş redaktor hesab edir ki, burda yalnız maarifləndirmə işinin düzgün qurulmasından söz gedə bilər.  Onun fikrincə, məsələni Prokurorluq, Müdafiə Nazirliyi və digər ictimai, media qurumları ilə birlikdə müzakirə edib ortaq məxrəcə gəlmək lazımdır. 

 

“Onları bir yerə cəmləyib o komissiyanın işini gücləndirmək,  monitorinq qrupu yaratmaq lazımdır. Müxtəlif ictimai təşkilatların üzvləri, blogerlər, baş redaktorların iştirakıı ilə monitorinq aparılmaılı və ortaya açıq şəkildə qoyulmalıdır ki, bu qəzetlər, bu adamlar ictimai qınağa səbəb olub.

Əks halda reketçiliyi qanunla vurub bir dəfəlik kökünü kəsmək mümkün deyil”.

 

Y.Oğuz təhqirə, şantaja məruz qalan vətəndaşların öz haqlarını müdafiə etməsinin də çətin olduğunu deyib.

 

“Vətəndaş bunun üçün məhkəməyə müraciət etməlidir. Get-gəllərdən sonra, vəkil tutmalıdır, pul köçürməlidir. Və günlərin gedir. Polis isə qısa müddətdə təhqirə, şantaja yol verəni tapa bilir. Amma bu o demək deyil ki, ona cəza verə bilər. Ən azı bir -neçə gün saxlayandan sonra buraxır. Yəni təhqir olunan insanın öz hüquqlarını müdafiə etməsi ilə bağlı acızliyi ortaya çıxır.  Hələ şantajın, təhqirin bizim xaricdə outran bloggerlərə ötürülməsini demirəm. Bu mənada hesab edirəm ki, bu məsələni ictimai qınaqla, ictimai fəallıqla sosial şəbəkələrdə, tik-tokda həmin adamların üzərinə yeriməklə həll etmək  lazımdır. Inzibati qaydalar da tətbiq olunmalıdır. Buna da ciddi hazırlaşmaq lazımdır. Çünki getdikcə reketçilik güclənir”.

 

Y.Oğuz deyib ki, peşəkar jurnalistlər reketləri görürlər. Amma fərdi qaydada onlara təsir etmək gücləri, imkanları yoxdur.

 

“Belə reketlərə qarşı ictimaiyyət hamılıqla birləşməlidir”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

İstanbul selə təslim oldu

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb