Peşə məktəbinə qəbul olmaq istəyənlər üçün son gün

12:44 05-09-2022 | icon 115 | Təhsil
Peşə məktəbinə qəbul olmaq istəyənlər üçün son gün

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi bu gün saat 17:00-da başa çatır.

 

Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, 30 avqust tarixindən 2022/2023-cü tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan plan yerləri üçün elektron tələbə qəbulunun II mərhələsinə start verilib.

 

II mərhələdə şəxslər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Peşə təhsili müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

 

Həmçinin peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıqdır.

 

Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. II mərhələdə ümumilikdə 8500 boş qalmış plan yeri müsabiqəyə çıxarılıb.

 

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərini təqdim etmək üçün müraciət etməlidirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nensi Pelosiyə ETİRAZ

Məktəbəhazırlıq qruplarına və I sinfə qeydiyyatın vaxtı uzadılıb

Koronavirusla bağlı son STATİSTİKA

İranda əhali ayağa qalxdı

Azərbaycan əsgərini alçaldırsız - HİDDƏT

ALDP-dən erməni təxribatı ilə bağlı BƏYANAT

Rekonkista - Böyük Təmizlik

Qərbi Azərbaycan İcmasından ETİRAZ

Daha 2 partiya ofislə təmin olundu

Geninə-boluna söyə də bilmirəm

Məktəb direktoru işdən ÇIXARILDI

Zorlanma - DƏHŞƏTLİ İDDİA

Qızdırmadan 171 nəfər öldü

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Mübahisənin sonu qanla bitdi