Çox ciddi islahatlar, TƏMİZLƏMƏ

11:43 01-08-2022 | icon 271 | Cəmiyyət
Çox ciddi islahatlar, TƏMİZLƏMƏ

Nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib

 

 

 

MƏHYƏDDİN NƏSİMİOĞLU
/YAP Yevlax Rayon təşkilatının fəalı/

 

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən kadr islahatları xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Çünki hansı sahədə kadr islahatları aparılırsa, o sahədə pozitiv dəyişikliklər baş verir və bu da vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Müasir dövrün çağırışlarına cavab verən islahatlar ölkəmizin ümumi inkişafına, məmur-vətəndaş münasibətlərinin sağlam ruhda qurulmasına xidmət edir. Bu islahatlar ölkə rəhbərinin mütərəqqi islahatlarının tərkib hissəsidir.

 

Hələ illər öncə Azərbaycanda kadr islahatlarına ehtiyacın olduğunu bildirən İlham Əliyev bu prosesləri dəyərləndirərkən deyirdi ki, islahatlar təkmilləşmə, yeni dövrə uyğunlaşma deməkdir. İyulun 25-də Prezident İlham Əliyev daha 3 rayona - Masallı, Lerik, Göygölə yeni icra hakimiyyəti başçıları təyin etdi və hər zaman olduğu kimi, yeni təyin olunmuş icra hakimiyyəti başçılarını qəbul edərək tapşırıqlarını, ciddi tövsiyələrini verdi. “İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır”deyə cənab prezident qeyd etdi. “Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı.

 

Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz. Bunu mən sizə deyirəm və bütün dövlət orqanlarının nümayəndələrinə deyirəm, eyni zamanda, qanunsuz işlərlə məşğul olmaq istəyən insanlara deyirəm: Əl çəkin bundan! Cəzalandırılacaqsınız və cəzalandırılırlar. Biz kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Regionların sosial-iqtisadi inkişafından, iqtisadi layihələrin icrasından söz açan dövlət başçısı, eyni zamanda şəhid ailələri, qazilərə dövlət qayğısından danışaraq bütün məmurlara bununla bağlı ciddi xəbərdarlıqlarını da bildirdi. Hər zaman olduğu kimi, bu dəfə də Prezident yeni kadrlardan gözləntilərini açıqladı, onların idarəçilikdə daha çox bu məsələlərə üstünlük verməli olduqlarını da bildirdi - vətəndaşlarla bir yerdə olmaq, daim xalqın qayğıları ilə yaşamaq, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə aparmaq, rayonların sosial-iqtisadi inkişafına töhfə vermək, vətəndaş məmnunluğunu, həmçinin rayonların inkişafı üçün daxili və xarici investisiyaların cəlb edilməsini təmin etmək.

Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilib. Cənab Prezident İlham Əliyevin yüksək rifaha və mütərəqqi idarəçiliyə xidmət edən islahatları davam etməkdədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI