Pivə süzərkən öldü


Xaçmazda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Versus.Az xəbər verir ki, “Xaçmaz Mexanizasiya Nəqliyyat” ASC-nin ərazisində yerləşən kafedə işləyən Xəlilov Seyidəmir Elnur oğlu pivə aparatından qədəhə içki süzərkən ölüb. Məlum olub ki, gənc oğlan elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Bildirilib ki, həmin kafeni Seyidəmir Xəlilovun dayısı ASC-dən icarəyə götürərək işlədirmiş.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır. /Qafqazinnfo/

Xəbər lenti

"Laçın şəhər mərkəzinin və digər kəndlərinin boşaldılması ona imkan verir..."- MÜSAHİBƏ
Mahir Abbaszadə: “Sus, Zabux, Ağanis və Laçının digər 125 kəndi öz yurdlarına qayıtmağı səbirsizliklə gözləyir”