Ermənistan bu fürsəti QAÇIRMAMALIDIR

09:25 02-08-2022 | icon 317 | Siyasət
Ermənistan bu fürsəti QAÇIRMAMALIDIR

Nizami Verdiyev: "Paşinyan sülh istəyirsə, imza atmalıdır"

 

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Azərbaycanla danışıqlara hazır olduğunu bəyan edib.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev hesab edir ki, bu, səmimiyyətdən gələn bir bəyanatdır.

 

 

Partiya yetkilisi vurğulayıb ki, hər gün Azərbaycan-Ermənistan sərhədində atışmalar olur:

 

"Bu hardan səmimi bəyanat oldu? Danışıqlara hazır olan birinci növbədə bu istiqamətdə lazımı addımlar atar. Burada isə əksinədir. İndi Paşinyan vaxt udmaq istəyir. Bu, 10 noyabr Bəyanatında əks olunan bəndlərin həyata keçirilməsindən yayındırılmasıdır. Hesab edirəm ki, danışıqlara getsək, orada bir məsələ olmalıdır – Sülh müqaviləsi. Çünki başqa məsələlər hamısı müzakirə olunub və razılaşdırılıb. Əgər Paşinyan sülh istəyirsə, onda Sülh müqaviləsinə imza atmalıdır. Amma sülh istəmirsə, yenə də vaxtı uzadırsa, bu Ermənistana xeyir gətirmiyəcək. Onsuz da iqtisadi vəziyyəti yaxşı olmayan Ermənistan, regionda bütün iqtisadi layihələrdən kənarda galacaq".

 

N.Versiyev regionda sülhün olması üçün atılması vacib olan addımlara da diqqət çəkib:

 

"Erməni xalqı uydurma torpaq iddialardan əl çəkməlidir. Erməni xalqını əsrlər  boyu  aldadıblar. Erməni xalqın rəhbərliyində olanlar yalan, utopik fikirləri o qədər səsləndiriblər ki, özləri də o uydurmalara inanıblar. Ona  görə bir daha qeyd edirəm ki, regionda sülhün bərqərar olunması üçün ermənilər bir xalq olaraq bu “yuxudan”  ayılmalıdır. Erməni xalqı başa düşməlidir ki, əsrlər boyu böyük dövlətlərin əllərində “oyuncaq” olublar, təsir  altında olublar. Erməni xalqı bunları başa düşüb  bu  təsirlərdən xilas  olmalıdır. Region dövlətlərlə, qonşularla yaxşı münasibət qurub böyük fəlakətlərin qarşısını alarlar".

 

Azərbaycan danışıqlara getsə, bunun hansı formatda olmasına gəlincə, N.Versiyev ikitərəfli danışıqların keçirilməsinin tərəfdarı olsam da, indiki vəziyyətdə bunu mümküsüz hesab etdiyini vurğulayıb:

 

"Sülh müqaviləsinin bağlanmasının ən yaxşı yeri BMT-dır. Ermənistan və erməni xalqı bu fürsəti əldən qaçırmamalıdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI