Müğənni solo konsertində anidən səsini itirdi

10:10 06-09-2022 | icon 421 | Şou-biznes
Müğənni solo konsertində anidən səsini itirdi

“Bu məni öldürür, şounu dayandırmaq istəmirəm”

 

32 yaşlı kanadalı müğənni The Weeknd (əsl adı – Eybel Tesfaye) Los-Ancelesdə solo konsertində anidən səsini itirib. Onun konsertin əvvəlində səsi batıb.

 

Sənətçi “Alone again” adlı ilk mahnısını ifa edərkən səsində problemlər yaşamağa başlayıb. Lakin ifasını davam etdirib. İkinci kompozisiyasının ifası zamanı isə səhnəni tərk edib.

 

Bir müddət sonra The Weeknd yenidən 70 min tamaşaçı qarşısına çıxıb və səsini itirdiyinə görə şounu ləğv etmək məcburiyyətində qaldığını açıqlayıb. Eyni zamanda biletlərin pulunun pərəstişkarlarına qaytarılacağını vəd edib. İfaçı tezliklə yeni konsert verəcəyinə də söz verib.

 

“Bu məni öldürür, şounu dayandırmaq istəmirəm, amma indi sizə istədiyim konserti verə bilmərəm. Mən çalışacam ki, hər şey yaxşı olsun. Pulunuzu geri alacaqsınız. Amma çox yaxında sizin üçün şou-konsert verəcəm”, - deyə musiqiçi elan edib.

 

Daha sonra o, öz “Twitter” hesabında pərəstişkarlarından üzr istəyib. Tesfaye səsinin itməsinin onun içində sonsuz “boşluq yaratdığını” əlavə edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sümüklərdə infeksiyalaşma - ƏLAMƏTLƏR və MÜALİCƏ

"Tarkanın hörmətsizliyinə özümüz günahkarıq"

AMİP-in Qurultayı keçirilib

SPECA həftəsinə Azərbaycanın ev sahibliyi etməsi nədən xəbər verir?

"Tarkan tamaşaçılara hörmətsizlik edib"

Günel Qurbanovadan “Dünyamın içində”-yə klip

Sumqayıtı tüstü bürüyüb

Hərbçilərin pensiya yaşı ARTIRILIR

“Napoleon” filminin premyeradan öncə NÜMAYİŞİ

Azad edilmiş ərazilərdə əhaliyə pay torpaqlarının verilməsi GÖZLƏNİLİR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Azərbaycanda ilk dəfə

Qadın karateçimiz ilkə imza atıb

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır