“Hitlerin xəzinələri” çıxarılacaq

07:53 03-08-2022 | icon 178 | Maraqlı
“Hitlerin xəzinələri” çıxarılacaq

Polşada bir qrup xəzinə axtaran köhnə Polşa sarayının ərazisində metal konteyner tapıb. Bu konteynerin İkinci Dünya müharibəsi zamanı nasistlərin gizlətdiyi zinət əşyaları və qızıl ola biləcəyi ehtimal olunur. Xəzinə axtaranlara bu tapıntını yeraltından çıxarmağa icazə verilib və qazıntının tarixi dəqiqləşdirilib. Bu barədə “Daily Mail” yazıb.

 

“Tarixi xatırlayın - 1 sentyabr! Böyük bir gün üçün böyük tarix! İş gedir, biz bunu mümkün qədər tez etmək istərdik, səbirsizliyinizi başa düşürük və əlimizdən gələni edirik!”, - deyə “Sileziya Körpüsü” Fondunun rəhbəri, xəzinə ovçusu Roman Furmanyak bildirib.

 

May ayında məlum olub ki, söhbət uzunluğu 1,2-1,5 metr, diametri təxminən 50 santimetr olan kanistrdən gedir. İddia edilən SS zabiti Eqon Ollenhauerin gündəliyində yazılanlara görə, Böyük Vətən müharibəsində Sovet qoşunlarının hücumu başladıqdan sonra Üçüncü Reyxin füreri Adolf Hitler SS-ə xəzinələri gizlətməyi əmr edib. Belə ki, o, 260 yük maşını həcmində xəzinəni müasir Polşa ərazisində 11 yerdə gizlətməyi əmr edib. Bu sərvətlərin bir hissəsinin talanlar sayəsində əldə edildiyi, bəzi qiymətli əşyaların da yerli aristokratlar tərəfindən saxlanmaq üçün verildiyi qeyd edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI