Park Cinemadan uşaqlar üçün xüsusi NÜMAYİŞ

15:20 03-08-2022 | icon 312 | Film
Park Cinemadan uşaqlar üçün xüsusi NÜMAYİŞ

Avqustun 2-də Milli Kino günü münasibətilə Park Cinema Aygün Mall kinoteatrında “Ümid yeri” qadın və uşaq sığınacağının balaca sakinləri üçün “Super ev heyvanları” cizgi filminin qapalı nümayişi keçirilib.

 

Versus.Az xəbər verir ki, nümayişdə 50-ə yaxın uşaq və media nümayəndələri iştirak ediblər. Bu günün yaddaqalan olması və balacaları əyləndirmək üçün xüsusi əyləncə proqramı da hazırlandı.

 

“Milli kino günü - kino sahəsində çalışan hər kəsin bayramıdır və həmçinin Park Cinema ailəsi üçün bu belədir. Biz də qərara gəldik ki, bu özəl günü “Ümid yeri” qadın və uşaq sığınacağının balaca üzvləri ilə qeyd edək ki, bu gün onlar üçün yaddaşlarda qalsın. Həmçinin qeyd edim ki, biz bu və bu tipli tədbirləri ənənə halına çevirəcəyik.”- deyə Park Cinemanın PR meneceri Sabina Bağırova bildirib.

 

Bu il 124-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.



Qeyd edək ki, 2001-ci ildən prezident Heydər Əliyevin sərəncamı ilə avqustun ikisi Azərbaycan Milli Kino günü kimi rəsmiləşdirilib.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

İki universitet publik hüquqi şəxsə çevrilib

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR