“Hər an silahlı qüvvələrimiz antiterror əməliyyatına başlaya bilər”

11:42 04-08-2022 | icon 161 | Qarabağ
“Hər an silahlı qüvvələrimiz antiterror əməliyyatına başlaya bilər”

 

 

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

Görünın odur ki, Ermənistan öz revanşist məqsədlərindən əl çəkmir. Regionda sabitliyi təmin etməli olan Rusiya sülhməramlıları isə ya vəziyyətə nəzarət edə bilmir, ya da baş verənlərə göz yumurlar.

Çünki belə qeydlər var idi ki, üçtərəfli sazişdin əldə olunmasında iştirak edən əsas tərəflərdən biri Rusiya erməni silahlılarının iyulun 1-ə qədər ərazilərimizdən çıxarılmasına söz verib. Lakin nəinki, ermənilər ərazilərimizdən çıxarılır, əksinə separatçıların müəyyən hazırlıqlar keçdiyidə bildirilir. İndi də belə fikirlər var ki,  erməni silahlıları sentyabrda ərazilərdən çıxarılacaq. Nə baş verir. Sentyabrda nə ola bilər.

Ümumiyyətlə, üçtərəfli sazişə əsasən Ermənistan niyə götürdüyü öhtəlikləri yerinə yetirməyə məcbur edilmir. Atəşkəs dövründə şəhid verən Azərbaycan tərəfi hansı addımları atmalıdır.

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hərbi ekspert Elxan Şıxəliyev hesab edir ki, əgər sülh sazişi yoxdursa, istənilən halda atəşkəs rejiminin pozulmasını da gözləməliyik. Onun sözlərinə görə, atəşkəs rejiminin pozulmasında erməniləri təşviq edən məsələlərdən biri də onların cəzasızlıq vəziyyətidir.

 

Hərbi ekspert bildirib ki, xüsusən də sülhməramlılar öz çətirləri altında atəşkəsin pozulması üçün ermənilərə şərait yaradırlar. 

 

“Azərbaycan Prezidentinin Ermənistana verdiyi son net mesaj ondan ibarət idi ki, erməni silahlı qüvvələr ya ərazilərimizdən çıxarılmalıdır, ya da özümüz bunu təmin etməliyik. Bunun qarşılığında Ermənistan tərəfi Qarabağa ezam olunmuş hərbçilərini çıxaracağı barədə bəyanat verdi. Bu o deməkdir ki, ermənilər silahlı birləşmələrini ərazilərimizdə saxlamağı düşünürlər. Bununla da ermənilər siyasi krizi dalana dirədilər”.

 

E.Şıxəliyev bildirib ki, əgər Ermənistan tərəfi belə bəyanat verməsəydi,  bir fikir yarana bilərdi ki, Rusiya sülhməramlıları qeyri-qanuni erməni birləşmələrin çıxarılmasını təmin edəcəklər. Amma verilən bəyanata görə onlar burdan çıxmaq fikrində deyillər.

 

“Siyasi kriz dalana dirənibsə, deməli dövriyyəyə hərbiçilər daxil olub. Erməni silahlıları bir qədər də aqressivliklərini göstərirlər.  Xüsusən də sülhməriamlıların nəzarətində atəşkəsin pozulması, bu bölgədə əsgərimizin şəhid olması Azərbaycan siyasi-hərbi rəhbərliyi tərəfindən qəbul ediləcək durum deyil. Yəni bunun qarşılığında erməni mövqeləri darmadağın edilməklə bərabər, onlar tərəfindən veriləcək itkiləri biz gözləməliyik.  Bu çox ciddi bir vəziyyətdir. Hər an silahlı qüvvələrimiz antiterror əməliyyatına başlaya bilər. Çünki artıq Qarabağda şəhid veririk. Azərbaycan silahlı qüvvələri hansı addımları atsalar məqbuldur. Ermənistanın üçtərəfli bəyanataı yerinə yetirmir. Rusiya hərbi rəhbərliyi onları dəstəkləyir. Qeyri-qanuni birləşmələri təşviq edir, ermənilərin bölgədən çıxarılmasına dair mesaj vermirlər. Rusiya hərbi siyasi hakimiyyəti Qarabağdakı qeyri-qanuni qurumu dəstəkləyir. Onlar üçtərəfli sazişə əməl etmirsə, Azərbaycan nəyə görə öhtəlikləri yerinə yetirməlidir”.

 

Hərbi ekspert Emin Həsənli açıqlamasında bildirib ki, Qarabağda atəşkəsin pozulması erməni silahlılarının özbaşınalığı və Rusiya sülhməramlılarının da onları tətikləməsi, cinayətlərinə göz yumması ilə bağlı yaranıb.

 

“Allah Şəhidimizə rəhmət eləsin. O canını Azərbaycanın bütövlüyü uğrunda  qurban verib. Şəhidimizin qisası alınmalıdır”.

E.Həsənli bildirib ki, bu gün ermənilər götürdüyü öhtəlikləri yerinə yetirmir, Rusiya  sülhməramlıları da bunlara qarşı konkret ölçü götürmür. 

“Azərbaycan ordusuna atəş açanlar həbs edilməli, Azərbaycan hüquq -mühafizə orqanlarına təhvil verilməlidir.  Bu qəbuledlməz faktdır. Bu cinayəti törədənlər cəzalanmalıdirlar. Azərbaycan xalqının səbri bu cinayətlərə sonuna qədər dözməyəcək”. 

 

“Ermənistan kapitulyasiyaya imza atsa da, sülh danışıqlarının bağlanması və üçtərəfli sazişin icra edilməsi istiqamətində aparılan danışıqlar hələ ki, heç bir nəticə vermir. Brüsseldə, Moskvada bir neçə görüşlər keçirildi, üçtərəfli bəyanat imzalandı. Ermənilər heç bir bəyanata əməl etmirlər. Erməni silahlı qüvələri qeyri-qanuni fəaliyyət göstərir, cinayət törədirlər. Azərbaycanın buna cavabı sərt olacaq. Bəyan edirdi ki, cəza sərt olacaq. Bu dəfə daha ağır cəza aolacaq. Ermənistan, onun havadarları bunu nəzər almalıdır. Rusiya üçtərəfli sazişə əməl etməlidir və dünyaya da göstərməlidir ki, hardasa sülhün bərqərar olmasına dəstək verir. Rusiya heç olmasa özünün imzasına hörmət etməli, bu cür halların baş verməsinə qarşı çıxmalıdır”.(hafta.az)

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI