Erməni təxribatına qarşı tutarlı cavab...

10:47 04-08-2022 | icon 365 | Gündəm
Erməni təxribatına qarşı tutarlı cavab...

 

 

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri azğınlaşıb. Bu gün erməni silahlılarının Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində Azərbaycan əsgəri şəhid olub. Ermənistanın öz revanşist məqsədlərindən əl çəkmədiyi, regionda sabitliyi təmin etməli olan Rusiya sülhməramlılarının isə erməni cinayətlərinə göz yumması ortada və yaranmış vəziyyət ölkə ictimaiyyətini qəzəbləndirir.

 

Maraqlı məqamlardan biri budur ki, üçtərəfli sazişin əldə olunmasında iştirak edən Rusiya erməni silahlılarının iyulun 1-ə qədər ərazilərimizdən çıxarılmasına söz versə də, vəziyyət olduğu kimi qalır.

Belə olduğu halda bu gün atəşkəs dövründə öz ərazilərində şəhid verən Azərbaycan nəhayət hansı addımları atmalıdır?

 

 Versus.az xəbər verir ki, bu istiqamətdə Həftə-İçi-nə açıqlama verən hərbi təhlilçi Alp Arslan İmamqulu məsələyə Ali Baş Komandan, Prezident İlham Əliyevin bir qədər əvvəl müsahibələrdən birində dediyi fikirlərə istinad edərək münasibət bildirib.  Hərbi təhlilçi, əslində Ali Baş Komandanın müsahibədə dediyi fikirlərin düşmən mövqedə dayanan revanşist erməni qüvvələrinin atdığı addımlara qarşı ən tutarlı cavab olaraq önə çəkib.

 

“Ali Baş Komandanın belə bir müsahibəsi olmuşdu: "Bizim doğma torpağımız Zəngəzurdur,  bizim doğma torpağımız İrəvandır, Göyçə mahalıdır. Biz qayıdacağıq!.."

 

Hərbi təhlilçi mövcud durumun fonunda hesab edir ki, artıq bunun zamanı gəlib. Çünki düşmən hər tərəfdə həyasızcasına öz revanşist əməllərinə davam etməkdədir. 

 

A.A.İmamqulu bu böyük qaydışın bir neçə mərhələdə mümkün olma ehtimallarını önə çəkib.

 

“Birinci növbədə ərazi daxilində qalan terrorist quruplar tam olaraq təmizlənməlidir.  Sonrakı mərhələdə Laçın yolunun bağlanması və 1920-ci il xəritəsinə müvafiq olaraq sərhədlərimizin təktərəfli şəkildə delimitasiya və demorkasiya prosesi yekunlaşdırılmalıdır. Daha sonrakı mərhələdə isə  sərhədimizin ötəsində antiterror əməliyyatlarına hazır olacaq gərəkli fəaliyyətlərin tənzimlənməsi həyata keçirilməlidir. Bunları etməsək ötən tarixdən bu günə qədər kiçilə-kiçilə gəlmiş Azərbaycan daha da çətin vəziyyətə düşə bilər”.

 

A.A.İmamqulu bildirib ki, 2020-ci ildə torpaqlarımızı işğaldan azad etsək də, bu gün döyüş sahəsində əldə olunmuş zəfərimizi masada, siyasi oyunları ilə başqa istiqamətə yönləndirmək istəyənlər var.

 

“Amma Azərbaycan heç bir şəkildə geriyə addım atmayacaq və atmamalıdır. Çünki biz qüdrətli dövlətlər qurmuş, atalarımızdan miras aldığımız Azərbaycanı yenidən bərpa etmək istiqamətində addımlar atmalıyıq. Bundan sonrakı dönəmdə döyüş səhnəsində əldə olunan zəfərin qorunub saxlanması üçün ordumuzun daha da güclü və qüdrətli olması və digər müstəvilərdə, xüsusən də siyasi, iqtisadi bünövrələri atılmış məsələlərin daha da güclü və iradəli əzmllə davam etdirilməsi çox önəmlidir”.

Hərbi təhlilçi Laçın istiqamətində şəhadətə qovuşan Azərbaycan əsgərinin simasında bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

 

“Bir ovuc torpağı Vətən edən Şəhidlərimiz daim diridir və onların qisasını almaq bizlərə Qurani-Kərimdə əmr edilmişdir”.

 

T.Qafarlı

Versus.az

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI