"Eldar Mahmudov, Ramiz Mehtiyev sıradan çıxan kimi..." 

12:54 04-08-2022 | icon 185 | Siyasət
"Eldar Mahmudov, Ramiz Mehtiyev sıradan çıxan kimi..." 

Arzuxan Əlizadə: “Əcaba, Etibar Məmmədova edilən hücumlar həmin o “5-ci kolon” deyilən dəstənin hücumudurmu?” 

 

44 günlük Vətən Müharibəsindən sonra siyasi partiyalar arasında münasibətlərin formaca dəyişməsi, məzmunca müsbət nəticələrə hesablanan addımlar, mülahizələr irəli sürülsə də, “kül altında közün közərdiyi” də müşahidə olunur. Ölkədəki mövcud vəziyyət, postmüharibə dövründə cəmiyyətin daxili, xarici təsirlərə birgə mübarizəsinin, dayanıqlığının artırılmasında siyasi partiyaların rolunu, birliyini əsas götürən analitiklər məhz siyasi institutlarla bağlı mühüm islahatlara gedilməsini zəruri hesab edirlər. Hazırkı mərhələdə aparılan islahatların siyasi partiyalardan da yan keçmədiyi müəyyən nüansları ilə diqqət çəksə də, siyasi partiyaların vaxtaşırı bir-birinin “köhnə yaralarını qopartdığı” müşahidə olunur.

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə Həftə-İçi-nə müsahibə verən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə bir sıra nüanslara diqqət çəkib.

 

 

- Arzuxan bəy, son bir neçə gündə media və sosial şəbəkələr üzərindən AMİP, Ümid Partiyası arasında bir-birlərinə qarşı ittihamedici, sərt çıxışları görürük. Niyə bu siyasi partiyalar bir-birini ittihamdan əl çəkmir?

 

- Əslində, bu məsələ son iki gündə baş verib. Hamıya yaxşı məlumdur ki, ölkədə son 3 il ərzində siyasi partiyalar arasında münasibətlərin istiləşməsi istiqamətində addımlar atılıb. Konkret AMİP-i qeyd edə bilərəm; partiyamızın zaman-zaman ölkə gündəmini zəbt edəcək, ölkənin gələcək inkişafı ilə bağlı partiyaların bir araya gəlməsi, birgə fikirlər, təkliflər irəli sürməsi ilə bağlı fəaliyyətimiz olub.  Belə son təşəbbüsümüz 2019-cu ilin mart ayında olmuşdu.  O zaman ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatlarla görüşdük. Bütün siyasi təşkilatlar bizim əməkdaşlıq təşəbbüsümüzü alqışlasalar da, sona qədər hamı qoşulmadı. Sonradan 4 partiya olaraq bu təşəbbüsü davam etdirdik və “Siyasi islahatlar” adlı bir təkliflər paketini ortaya qoyduq.  Ondan sonrakı dönəmdə də siyasi partiyalarla əməkdaşlıq etməyə, ölkənin daxili, xarici siyasətində mühüm məsələlərlə bağlı bir mövqedən çıxış etməyə üstünlük vermişik. Hesab edirik ki, bu məsələlərlə bağlı siyasilərin bir araya gəlməsinə, birgə təklflər, fikirlər irəli sürmsinə ehtiyac var. Bu sosial sifarişdir.

Amma çox təəsüflər olsun ki, bəzi siyasi partiya rəhbərləri şou-biznesdə olan müğənnilər kimi tanınmaq, üzə çıxmaq, gündəmdə qalmaq üçün qalmaqallara üstünlük verirlər.

 

- Ümid Partiyasınn buna ehtiyacı var?

 

- Bəlkə də ehtiyacı yoxdur, amma bəlkə də ehtiyacı var ki, bu cür addımlar atır.  İki gün əvvəl saytlardan biri jurnalist təxəyyülünün məhsulu olan bir xəbər yazıb. Əslində orda heç bir partiyaya qarşı aşağılayıcı bir məsələ yox idi. Jurnalist sadəcə yazmışdı ki, Etibar Məmmədov seki koalisiyası yaratmaq istəyir. Burda heç bir qəbahət yox idi. Heç kəs də bunu özünə qarşı təhqir kimi qəbul etməməlidir.  Amma eyni zamanda jurnalist özü bu məsələnin doğruluğunu yoxlamaq üçün partiyaya müraciət etməli, informasiyanı dəqiqləşdirməli idi.  Eləcə də digər partiyalardan da soruşulmalı idi ki, sizə koalisiyada iştirak etmək üçün müraciət olunubmu. Bizdən soruşulsaydı, öz fikrimizi bildirərdik. Sonra məsələ ilə bağlı başqa bir mediadan bizə müraciət edildi və  xəbəri inkar etdik və mən bunu “jurnalistin təxəyyünün məhsulu” adlandırdım. Təəssüflər olsun ki, ondan 2 gün sonra adını çəkdiyiniz siyasi partiyanın sədri, rəhbərliyinə olan bir -iki nəfər..

 

- Adını çəkmək istəmirsiz, küsübsünüz - Ümid Partiyasının sədri İqbal Ağazadə...

 

- Yox heç kəsdən də küsməmişik.  Sadəcə olaraq, həmin şəxs  xoşagəlməz fikirlər bildirdi. Bir yandan deyir ki, Etibar bəyin şəxsiyyətinə böyük hörmətim var, digər tərəfdən xoşagəlməz ifadələr səsləndirir. Onun müavinləri, yanında olan bəzi funksionerlər çox yersiz ifadələr səsləndirməklə gündəmə gəldilər. Qarşı tərəfdən də cavablar oldu. Sözün açığı mən qarşısını almaq istədim. Amma təhqir bir dəfə olunanda cavabı verilməyəndə qarşı tərəf fikirləşir ki, yox elə bunların üstünə getmək olar. Bunlar elə hesab edirlər ki, Azərbaycan siyasətində olan adamlar heç nəyi bilmirlər. Axı cəmi 20 il qabaq olan hadisələr hamının yadındadır. Bir yerdə olduğun adamlar haqqında bir dəqiqənin içərisində, ANS televiziyası ilə hansı məsələlər gündəmə gətirdin, necə mövqe bildirdin, hamının yadındadır. Axı bunlar dünənin məsələləridir. Xoşuna gəlirmi ki, bunları təzədən qaldırsınlar, qabartsınlar. Hər kəs yaxşı bilir ki, kim kimin vasitəsi ilə gedib parlamentdə uzun müddət oturub.  Eldar Mahmudov, Ramiz Mehtiyev sıradan çıxan kimi parlamentə gedən yolların bağlandı. Bunları hamı bilir. Kiminsə bir başqasını olmayan məsələyə görə ittiham etməyə haqqı yoxdur. Ən çox da özünün günahı olan adamlar digərlərində günah axtarırlar, özünün etdiyi əməlləri digərlərinə yapmaq istəyirlər ki, özlərinə şərik eləsinər. Bu heç bir halda qəbul ediləcək bir hal deyil. Bu heç bir siyasi partiya rəhbərinə yaraşmayan məsələdir. Elə bu yaxında həmin o siyasi partiya sədrinin hansı söyüşlərlə gündəmə gəldiyinin şahidi olduq, ictimailəşdi. Hər şeyin həddi var, siyasi partiyaya rəhbərlik eliyən adam, ən azından cəmiyyət üçün nümunə olmalıdır. Ən azı özünün davranışı, siyasi əxlqı olmalıdır ki, insanlar gələcəkdə ən azı ona qiymət versinlər, hörmət etsinlər. Kiminsə vasitəsi ilə nəyəsə nail olmaq, heç nəyə nail olmaq demək deyil. Sən axı özün nəyə nail olmusan ki, bu gün kimlərəsə söz atırsan.

Etibar Məmmədov uzun müddətdir ki, aktiv siyasi fəaliyyətdən kənara çəkilib. Amma heç kəs dana bilməz ki, Etibar Məmmədov Azərbaycanın müstəqilliyinin əldə olunmasında müstəsna xidmətləri olan insandır. O, dövət müstəqilliyinin tanınması ilə bağlı ilk adımları atan adamlardan biridir. Sən neynmisən!?. Çamur atmaq istədiyin bu adamlar Azərbaycanın müstəqilliyini əldə etmiş adamlardır. Özləri də yeri gələndə deyirlər ki, “istiqlalçı deputatlar”. İstiqlalçı deputatlar digər ölkələrdə xüsusi statusa malik insanlardır. Heç olmasa buna hörmət edin. Heç olmasa öz etdiyiniz əməlləri gözünüzün qarşısından keçirin, ondan sonra kiməsə çamur atmağa qalxın.

Əslində mən partiyalar arasında bu cür münasibətlərin olmasını istəməzdim. Hesab edirəm ki, partiyalar sivil münasibətlər əsasında formalaşmalıdırlar və gündəmə belə senzuradan kənar, özünü lotuyana aparmaqla gəlmək olmaz. Partiya sədrləri sivil münasibət, siyasi əxlaq da nümayiş etdirməlidirlə ki, cəmiyyət də müsbət fikir oyansın. Amma belə məsələlər üzündən cəmiyyətdə siyasi partiyalara münasibət neqativ olur.

Düşünürəm ki, bu məsələnin kökündə başqa amillər də dayanır. Etibar Məmmədov ondan iki gün qabaq onlayn TV-lərdən birində bir sıra məsələlərə münasibət bildirmişdi və xüsusilə də Ramiz Mehtiyev, Cənubla bağlı məsələyə münasibət bildirib, “Təbriz Azərbaycandır”- deyilmişdi. Rusiya ilə bağlı məsələyə münasibət bildirilmişdi. Bu gün ölkənin ən yüksək ranqlı şəxlsəri belə ölkədə 5-ci kolonun aktivləşməsindən danışırlar. Əcəba, həmin o çıxışdan sonra Etibar Məmmədova edilən hücumlar həmin o “5-ci kolon” deyilən dəstənin hücumudurmu?!

Bu məsələlərin kökündə bu da ola bilərmi? Onsuz da çox mətləblərə aydınlıq gələcək. Hər kəs öz etdiyi əmələ görə layiqli qiymətini alacaq. Əbəs yerə deyilmir ki, “xalqın gözü tərəzidir”. Ona görə də elə edin ki, cəmiyyət bir siyasətçi kimi hörmətinizi saxlasın.

 

- 44 günlük müharibədən əvvəl və sonra İqtidar-müxalifət dialoqu, müxalifətin öz arasında dialoq yaratma cəhdləri baş verdi. Düşündük ki, artıq siyasi partiyalar arasında barış elan olunub. Necə hesab edirsiz, bu gün ölkədə vəziyyətin hələ də gərgin olduğu bir ərəfədə hansısa maraqlı güclər yenə də daxildə vəziyyəti gərginləşdirməyə çalışa bilərmi?

 

- Ola bilsin ki, bu hansısa dairələr vasitəsi ilə idarə olunan məsələdir. Görünür, kimlərsə maraqlıdır ki, siyasi partiyalar arasında münasibətlər pisləşsin. Xüsusilə də, milli dəyərlərə önəm verən siyasi partiyalara çamur atılsın.  İstənilən halda “karvan öz yolunu gedir”, kənardan nə qədər daş atılsa da, biz öz yolumuzla gedirik, Azərbaycanda dövlətçiliyi, millli dəyərləri hər şeydən üstün tutan partiyalar var və bu siyasi təşkilatlarla da yolumuzu birgə davam edəcəyik. Birgə davam edəcəyik ki, Azərbaycan daha da inkişaf etsin, güclənsin.

44 günlük müharibə zəfərlə bitdi. Amma problemimiz bununla bitibmi, yox. İstər daxildə, istər sərhəddə kifayət qədər gərginlik var. Şimaldan, Cənubdan basqılar var ölkəyə. Belə bir vaxtda bu cür açıqlamalarla, düşmənçilik toxumu səpməklə nəyə nail olmağa çalışırsız. Bununla heç nəyə də nail ola bilmərsiz. Çünki Azərbaycanda dövlət, millət naminə fəaliyyətdə olan çoxlu partiyalar var və biz öz yolumuzda davam edəcəyik.

 

Postmüharibə dövründə siyasi partiyaların münasibətlərində hansı yenilənmə müşahidə olunur?

 

- Təəssüflər olsun ki, uzun müddət ərzində ölkənin siyasi gündəmində siyasi partiyaların mövqeyi ilə bağlı çox ziddiyyətli bir məqam yaranmışdı.  Xüsusilə də 2002-ci il referendumunda proporsional seçki sistemi ləğv edildikdən sonrakı dövr ərzində siyasi partiyaların bütövlükdə ölkənin siyasi gündəminə təsir etmək imkanları azalan istiqamətində getdi. 

 

Siyasi partiyalar ölkənin siyasi sisteminin əsas seqmentlərindən biridir və bu təşkilatların ölkəmizin gündəminə təsir etmək imkanlarından məhrum olunması ölkənin inkişafına təsir edə biləcək amillərdən biridir. Ona görə də siyasi partiyalara lazımı şərait yaradılmalıdır.  Siyasi partiyalara məhdudiyyətlər qoyulmamalıdır.  Siyasi partiyaların, ümumiyyətlə siyasi partiyalaşma institunun inkişafına  dövlət özü dəstək verməlidir ki, dövlətin əsas institutlarından biri olaraq dövlətin inkişafıana vəsilə ola bilsin.

 

- Arzuxan bəy, Siyasi partiyaların fəaliyyətinin, münasivətlərin yaxşılaşması, tənzimlənməsi məsələsindən danışılanda, dərhal proporsional seçkidən danışılır. Deyilir ki,  bu seçki forması tətbiq edilərsə, bütün məsələlər düzəcək...

 

- Təkcə qanunvericiliklə də iş bitmir. Birinci növbədə ölkənin siyasi gündəminin sivil olmasını istərdik. Ölkədə fəaliyyət göstərən siyasi partiyaların bir-biri ilə sivil əməkdaşlıq etməsini, Azərbaycan dövlətçiliyi naminə normal fəaliyyət göstərməsini istərdik.

Hər zaman deyilir ki, proporsiopnal seçki sisteminin sıradan çıxarılması faktiki olaraq ölkənin siyasi partiyalaşma institunun sıradan çıxmasına və bu instituta çox böyük zərbə vurulmasına səbəb oldu.  Bu mənada biz proporsional seçki sisteminin bərpa olunmasını uzun müddətdir ki, deyirik. Güman edirik ki, bundan sonrakı müddətdə bu sistemə, ən azından  “qarşıq seçki sistemi”nə qayıdılacaq.

Proporsional seçki sisteminin qəbul olunması konstitusiya məsələsidir. Rəferendum yolu ilə qəbul olunmalıdır. Və proporsional seçki sistemi olmalıdır ki, siyasi partiyalar siyasi gündəmə təsir etmək gücünə malik olsunlar. Digər tərəfdən “Siyasi partiyalar haqqında” qanun da buna uyğunlaşdırılmalıdır.

 

- Bu günlərdə “Siyasi partiyalar haqqında” qanunun qəbul olunmasından danışılır. Necə hesab edirsiz, qanunda hansı müddüəların yer almasını mühüm hesab edirsiz?

 

- “Siyasi Partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və bu günə qədər təxminən 27 dəfə düzəliş olunub.  Bu gün “Siyasi partiyalar haqqında” qanunda bir sıra məqamlar var ki, onlara düzəlişlər, dəyişiklik, əlavələr edilməlidir.

Siyasi partiyaların fəaliyyəti üçün normal şərait və normal imkanlar yaradılmalıdır. Bu dövlətin üzərinə düşən bilavasitə birinci vəzifələrdən biridir. Birmənalı olaraq hesab edirəm ki. siyasi partiyalar dövlət büdcəsindən maliyyələşməlidir. Ölkədə azad iqtisadi rəqabət mühiti lazımı səviyyədə deyil.  Sahibkarlara siyasi mövqeyindən asılı olmayaraq yüksək şərait yoxdur.  Təəssüflər olsun ki, siyasi baxışlarına görə sahibkarlara da fərqli münasibət formalaşıb. Siyasi partiyalarda təmsil olunan orta və xırda biznes sahiblərinə qarşı basqılar olub, sırdan çıxarılıblar deyə, siyasi partiyaların maliyyələşməsi prosesində ciddi problemlər yaranıb.  Ona görə də hesab edirəm ki, siyasi partiyalar dövlət büdcəsindən maliyyələşməlidirlər.  Çünki dövlət büdcəsi hər birimizin dövlət büdcəsinə verdiyimiz vergilər hesabına formalaşır.  Və həmin büdcədən də dövlətin vacib institutlarından biri olan siyasi partiyaların maliyyələşməsi olduqca mühüm məsələdir. Belə olmayacağı təqdirdə siyasi partiyalar qaranlıq mənbələrdən maliyyələşə bilirlər ki, bu da hər bir halda dövlətin əsaslarına təhlükə yarada biləcək amildir.

Siyasi partiyaların qeydiyyatdan keçməsi ilə bağlı məsələlər sadələşdirilməlididr.  Siayasi partiyanın mövcudluğuna, yaxud sıradan çıxmasına insanlar özləri qiymət verməlidirlər. Bir siyasi partiya normal rəqabətli seçkilərdə uğur qazanmırsa, parlamentdə təmsil oluna bilmirsə, bələdiyyələrdə təmsil oluna bilmirsə, prezident seçkilərində iştirak eləmirsə onun fəaliyəti böyük sual yaradır. Ona görə də belə partiyalrın ləğvi məsləsi də qoyula bilər. Siyasi partiyanın fəaliyyət fəalsəfəsi ondan ibarətdir ki, konstitusional, seçi yolu ilə hakimiyyətə gəlsin, özünün irəli sürdüyü cəmiyyətə təqdim elədiyi proqramı təsdiq eləsin. Əgər o seçkilərdə iştirak eləmirsə onun fəaliyyəti çox böyük sual altına düşür.

 

- Parlamentdə təmsil olunan bir müxalifət partiyasının nümayəndəsi təkliflə çıxış edib ki, parlamentdə olan siyasi partiya rəhbəri həm də dövlət qulluqçusu statusuna malik olmalıdır. Sizcə bu status nəyi dəyişəcək, əhəmiyyəti nədir?

 

- Bunlar hər biri ayrı-ayrılıqda müzakirə oluna biləcək məsələlərdir.  Çünki partiyalarda rəhbərlikdə təmsil olunan çoxlu vətəndaşlarımız var ki, bu gün heç yerdə işləmirlər və müəyyən yaşa çatanda fəaliyyətinə görə təqaüd ala bilmirlər. Bu yaxınlarda Müsavat Partiyasının uzun müddət başqnı olmuş İsa Qcgəmbərə  də bu səbəbdən 180 manat müavinət təyin olundu. Baxmayaraq ki, uzun müddət partiya sədri olub, bir müddət parlamentin spikerinin müavini olub, amma iş yeri kimi qeyd olunmadığına, vergi ödəmədiyinə görə ona müavinət verilmədi. Bundan əvvəl də bizim istiqlalçı deputatlarımız oldu ki, deputatlara verilən müavinətlərdən kənarda qaldılar. Bunlar absurd məsələdir. Qanunvericiliyə təzədən dəyişiklik olunmaldıır. Bu məsələni ayrı-ayrı adamların, xüsusilə də Ramiz Mehtiyevin adı ilə bağlayırdılar. Amma şəxsin deputat statusu varsa, bu tanınmalı idi. Bu günün özündə də partiyalar var ki, parlamentdə təmsil olunmurlar, onun başında duranlar heç bir yerdə işləmirlər və pensiya yaşına çatanda, biri mən qarışıq heç bir təqaüd almayacaqlar.

 

- Arzuxan bəy, partiyalara ofislər veriləndə, iqtidar partiyaları ilə bir yerdə işğaldan azad olunmuş rayonlara səfərlərə gedib, birgə tədbirlər keçirən zaman sizə qısa şəkildə desək, “hakimiyyətə qulluq edən müxalifət” adı qoyuldu. Partiyalara maliyyə ayrılarsa hansı münasibət sərgilənəcək. Partiyalara maliyyə ayrılarsa, cəmiyyətdən növbəti qınağa tuş gəlmə ehtimalı varmı?

 

- Xeyir. Birincisi, qərərgahların verilməsi ilə bağlı çox yanlış yanaşmalar oldu. O yanaşmanı ortaya atan partiyalardan biri də Müsavat Partiyası idi. Hansı ki, 2001-ci ildə bizim qərərgahımız əlimizdən alınan vaxt Müsavat Partiyasına dövlət tərəfindən qərargah verilmişdi. Məhz onlar da partiyalara qərargahlar veriləndə başladılar ki, “hakimiyyətin əlinə işləyəcəklər”, nə xidmət edəcəklə və sair... Eləcə də Xalq Cəbhəsi Partiyası da qərargahla təmin olunmuşdu. Amma onlar da buna qarşı dnışdılar. Bir çox hallarda dövlətlə, hakimiyyəti qarışdırırlar. Qərərgahın verilməsi dövlətin borcudur və burda qəbahətli heç nə yoxdur. Bu, siyasi partiyanın fəaliyyətinə müsbət təsir edə bilər. Biz eyni zamanda şəffaf maliyyələşməni nəzərdə tuturuq və bu da Azərbaycan dövlətinin büdcəsi hesabına ola bilər. O büdcədən maliyyələşmə hakimiyyətədən maliyyələşmə deyil.  Ona görə də bu, siyasi partiyaların fəaliyyətinə bu və ya digər formada təsir etməyəcək. Ona görə də cəmiyyət buna da hazır olmalıdır. Cəmiyyət doğru-düzgün məlumatlandırılmalıdır ki, kənar fikirlər səslənməsin.

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI