Venesiya Festivalında bir ilk

10:55 07-09-2022 | icon 320 | Şou-biznes
Venesiya Festivalında bir ilk

Aktyor 13 dəqiqə ayaqda alqışlandı

 

İrlandiyalı aktyor Kolin Farrel Venesiya Film Festivalında “The Banshees of Inisherin” filmindəki performansına görə 13 dəqiqə ayaqda alqışlanıb.

 

Qeyd olunur ki, tədbirdə nümayiş olunan başqa heç bir film belə reaksiya görməyib.

 

Alqışlar zamanı Farrell rejissor Martin Makdonah, həmçinin sənət yoldaşları Brendan Qlison və Kerri Kondonla qucaqlaşıb. O, həmçinin pərəstişkarları ilə şəkil çəkdirmək və avtoqraf vermək üçün də izdihamın arasına qarışıb.

 

 

Bu il Venesiyada müxtəlif mükafatlar uğrunda “The Banshees of Inisherin” ilə rəqabət apara biləcək bir neçə film nümayiş etdirilib. Bunların arasında Brendan Freyzerin roluna görə böyük rəğbət qazanan “Balina” (“The Whale”) filmi xüsusi vurğulanıb. Yeri gəlmişkən, Freyzer də Venesiyada dəqiqələrcə ayaqda alqışlanmışdı, bunu görən aktyor göz yaşlarını saxlaya bilməmişdi.

 

“The Banshees of Inisherin” filminin premyerası oktyabrın 21-nə planlaşdırılıb. Film iki dost arasında İrlandiyanın ucqar bir adasında baş verən münaqişədən bəhs edir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nensi Pelosiyə ETİRAZ

Məktəbəhazırlıq qruplarına və I sinfə qeydiyyatın vaxtı uzadılıb

Koronavirusla bağlı son STATİSTİKA

İranda əhali ayağa qalxdı

Azərbaycan əsgərini alçaldırsız - HİDDƏT

ALDP-dən erməni təxribatı ilə bağlı BƏYANAT

Rekonkista - Böyük Təmizlik

Qərbi Azərbaycan İcmasından ETİRAZ

Daha 2 partiya ofislə təmin olundu

Geninə-boluna söyə də bilmirəm

Məktəb direktoru işdən ÇIXARILDI

Zorlanma - DƏHŞƏTLİ İDDİA

Qızdırmadan 171 nəfər öldü

Mübahisənin sonu qanla bitdi

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar