Razi Nurullayev: "Yavaş-yavaş olsa da Xankəndiyə yaxınlaşırıq"
Azərbaycan ordusunun "Qisas" əməliyyatını dəstəkləyir və şanlı ordumuza uğurlar arzulayıram".
Versus.Az xəbər verir ki, bunu Qarabağda baş verən son hadisələrlə bağlı açıqlamasında Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev bildirib.
Razi Nurullayev qeyd edib ki, Qarabağda silahlı erməni ünsürlərinin çıxarılması və tərksilah olunması üçün birliyimiz vacibdir:
"Bizim bu işlərdə ən effektiv köməyimiz bu sahədə aparılan siyasətə dəstək olmaqdır və bunu edək. Qarabağ məsələsində iqtidar-müxalifət məsələsi, ac-tox məsələsi, yaxşı məmur-pis məmur, yaxşı oğlan-pis oğlan, razı-narazı məsələləri olmamalıdır. Bu məsələlər başqa müstəvilərdə müzakirənin mövzusudur. Elə başqa müstəvilərdə də müzakirə edilir, dartışılır, tənqid edilir və ya öyülür. Qarabağ məsələsində isə hamımızın bir amalı var - Qarabağ Azərbaycandır!"
Millət vəkili bildirdi ki, Azərbaycan ərazisində meydan sulayan qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılması, o cümlədən separatçı silahlı erməni birləşmələrinin tərksilah olunması normallaşma prosesi üçün əsas şərtlərdən birdir:
"Onun üçün də ordumuza və Prezidentə dəstək olaq ki, onlar bu işi uğurla başa çatdırsınlar. Yavaş-yavaş olsa da Xankəndiyə yaxınlaşırıq, separatçı qüvvələrin ayaqları altından isə torpaq qaçır.
Allah ölkəmizi qorusun!"
PƏSİ
Versus.Az