Riyaz Sarıkahya Dövlət Bağçalı ilə görüşüb


Milliyyətçi Hərəkat Partyasının lideri Dövlət Bağçalı Ankarada İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahya ilə görüşüb.
Versus.Az xəbər verir ki, görüşdə partiyanın Türkiyədəki nümayəndəsi Nejdət Bozok da iştirak edib.
Əsas mövzu İraqdakı son proseslər və türkmənlərin mövcud durumu olub. MHP lideri Dövlət Bağçalı İraq Türklərinin Türk dünyasının bir parçası olduğunu vurğulayıb və onların tarixi torpaqlarında yaşamlarının, verdikləri mücadilələrin həmişə diqqət mərkəzlərində olduğunu bildirib.
İraq Türkməneli Partiyasının lideri Riyaz Sarıkahya Dövlət Bağçalının Türk Dünyası üçün göstərdiyi böyük xidmətlərindən, Türk Birliyi yolundakı yorulmaz fəaliyyətindən, həssaslığından danışb və minnətdarlığını bildirib.
İraq Türklərinin milli lideri Dövlət Bağçalıya qonaqpərvərliyə və səmimi görüşə görə təşəkkür edib.
Ağanisə Əliqaraqızı
Versus.az

Xəbər lenti

"Laçın şəhər mərkəzinin və digər kəndlərinin boşaldılması ona imkan verir..."- MÜSAHİBƏ
Mahir Abbaszadə: “Sus, Zabux, Ağanis və Laçının digər 125 kəndi öz yurdlarına qayıtmağı səbirsizliklə gözləyir”