Akvariumlu kompüter korpusu


Çinin “MetalFish” şirkəti bazara qeyri-adi kompüter korpusunu buraxıb.
Korpus Mikro-ATX formatında hazırlanıb. Onun üzərində balıqlar üçün akvarium yerləşir.
Akvariumun su tutumu 13 litrdir. Komplektə filtr, habelə içərisində LED işıq olan və USB ilə işləyən hava kompressoru daxildir.
Çində belə bir kompüter korpusunun qiyməti 75 dollardır. Yəqin ki, tezliklə “Y2 Fish Tank Chassis” adlı korpus “AliExpress” kimi ticarət platformalarında satışa çıxarılacaq.

Xəbər lenti

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”
Mahir Abbaszadə: "Prezidentin laçınlılar üçün belə bir anonsu bizim üçün böyük qayıdışın sevincidir”