Bakıda MER SEÇKİLƏRİ GÖZLƏNİLƏNDİR?

09:58 05-08-2022 | icon 368 | Cəmiyyət
Bakıda MER SEÇKİLƏRİ GÖZLƏNİLƏNDİR?

Dinarə Məmmədova: "Qalib olacağımıza əminik"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin son müsahibəsindəki "iqtidarın əgər kadr problemi varsa, onda müxalifət nümayəndələrinə bir şans verilsin, onları vəzifələrə gətirsin” fikri müxalifətdə birmənalı qarşılanmayıb.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Bunu Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova bildirib ki, bu, qısqancılıqdan irəli gələn bir münasibətdir.

 

 

D.Məmmədova qeyd edib ki, ALDP-yə vəzifə təklif olunmayıb:

 

"Sadəcə, Fuad müəllim hakimiyyətin kadr potensialının tükənməsi ilə bağlı bir təklif verib ki, əgər kadr problemi varsa, onda müxalifət nümayəndələrinə bir şans verin, onları vəzifələrə gətirin. Bu sözlərə niyə başqa reaksiya verirlər? Fuad müəllim tekcə liberal-demokratlara vəzifə verin deməyib. O, ümumilikdə bütün müxalifəti nəzərdə tutub. Hesab edirəm ki, bu çox düzgün təklifdir və burda başqa bir məna axtarmaq lazım deyil".

 

Dinarə xanım ALDP-yə bəzi müxalifət partiyaları tərəfindən belə bir münasibətin sərgilənməsinin də səbəbsiz olmadığını vurğulayıb:

 

"Yəqin ki, biz 20 il müstəqil siyasət aparmışıq, ayaq üstə dayana bilmişik. ALDP bütün partiyalarla yaxşı münasibət qurub. İndi kimlərsə bizimlə bir yerdə olmaq istəmirlərsə, buna hörmətlə yanaşırıq, bu onların seçimidir. Amma heç kim özünü müxalifət-naziri kimi hesab etməsin".

 

Hakimiyyət tərəfindən müxalifətə və konkret ALDP-yə vəzifə təklif olunsa, partiyanın bunu qəbul edib-etməməsinə gəlincə, Dinarə xanım bildirdi ki, təklif olunarsa dəyərləndirmək olar:

 

"Fikrimcə, təklifi qəbul etmək olar. ALDP-yə hansısa təkliflər olunsa, biz bu təklifləri dəyərləndirərik. Biz özümüzə arxayınıq. Biz hətta Bakı şəhərində Mer seçkiləri keçirilsə qalib olacağımıza əminik. ALDP yetərincə kadr potensialına malikdir. Bütün sahələr üzrə peşəkarlarımız var. Hüquqi, demokratik dövlət quruculuğu prosesində ancaq hakim partiyanın potensialından, gücündən istifadə etmək düzgün seçim olmaz. İqtidarın müxalifəti də var. Müxalifət düşərgəsində də savadlı, peşəkar kadrlar var. Onların gücündən də istifadə etmək lazımdır. Müxalifət nümayəndələri də bu ölkənin vətəndaşlarıdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb