Rusiya Əskipara kəndində daha bir blokpost qurur

11:49 05-08-2022 | icon 139 | Müharibə
Rusiya Əskipara kəndində daha bir blokpost qurur

Ermənistan-Azərbaycan sərhədində Əskipara (ermənilər Voskepar adlandırır - red.) kəndində Tovuz istiqamətində Rusiya ordusunun (ərazidə quraşdırılmış dəmir vaqonun üzərindəki Rusiya bayrağının rənglərinə əsasən) artıq ikinci blokpostu tikilir.

 

Bu barədə Caliber.Az erməni mətbuatına istinadən xəbər verir.

 

Kənd soveti Rusiya blokpostunun tikintisini təsdiqləyib.

 

Tavuş rayonunun Berd kəndində daha bir Rusiya blokpostunun tikintisi iki ay əvvəl məlum olub. Həmin vaxt Ermənistan Müdafiə Nazirliyi bu məlumatı aşağıdakı ifadə ilə rəsmən təkzib edib:

 

“Müdafiə Nazirliyi Tavuş vilayətinin Berd icmasında, keçmiş hava limanı ərazisində Rusiya hərbi obyektlərinin tikintisi ilə bağlı rəsmi məlumatlara malik deyil. Ermənistan-Azərbaycan sərhədinin göstərilən hissəsində Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsi və müdafiəsi Ermənistan Respublikası Silahlı Qüvvələrinin müvafiq bölməsi tərəfindən həyata keçirilir”.

 

Lakin bu gün Ermənistan Müdafiə Nazirliyi Rusiya hərbçilərinin sərhədin bu istiqamətində yerləşdirilməsi faktını artıq təsdiqləyib.

 

“Mətbuatda Rusiya hərbçilərinin Tavuş vilayətində, xüsusən də Voskepar (Əskipara) kəndində olması ilə bağlı məlumatla əlaqədar bildiririk ki, Rusiya sərhədçiləri qeyd olunan ərazidə yerləşdirilib, inşaatçılar isə sərhədçilərin maddi-texniki təminatı üçün binaların tikintisi üzrə işlər aparırlar”, - deyə Ermənistan Respublikası Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

 

Prosesin Ermənistan-Rusiya əməkdaşlığı çərçivəsində həyata keçirildiyi qeyd edilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI