"Azərbaycan rəhbərliyi bunu görür"

12:01 05-08-2022 | icon 148 | Qarabağ
"Azərbaycan rəhbərliyi bunu görür"

 

 

Düşmən tərəfi yenə də təxribata əl atır.  Erməni hərbçiləri separatçıları Azərbaycan dövlət sərhəddində, həm də azad olunmuş torpaqlarımızda atəşkəsi pozmaqda davam edir.

 

Təbii ki, Azərbaycan tərəfi düşmənin cavabını verir və verəcək. Bəllidir ki, ermənilər iyulun 1-də qeyd-şərtsiz ərazini tərk etməli idilər. O zaman niyə sentyabra qədər vaxt istənilib? Artıq Azərbaycan hansı addımları atmağa məcburdur?

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən qazi, hərbi ekspert Ülvi Qədir erməni separatçıların Qarabağda və sərhəddə  aktivləşməsinin bir neçə səbəbinin olduğunu deyib. O, bildirib ki, bu gün Cənubi Qafqazda siyasi, iqtisadi geopolitik proseslər gərginliyi ilə müşahidə olunur.  Düşmən Ukrayna-Rusiya müharibəsi kontekstində müəyyən təxribatlara əl atır, bölgədə vəziyyəti gərginləşdirməyə çalışırlar. Onun sözlərinə görə, burda əsas məqsəd Azərbaycan Ordusu ilə Rusiya sülhməramlılarını üz-üzə qoymaqdır.

 

“Bəllidir ki, Rusiya üçtərəfli atəşkəs sazişinə əsasən öhtəlik götürmüşdü ki, erməni silahlıları ərazilərdən çıxaracaq. Təəsüflər olsun ki, həmin müqavilədən 2 il keçməsinə baxmayaraq erməni birləşmələri ərazilərimizdə qalmaqda davam edir. Nəinki, ərazilərimizi tərk edir, əksinə ordakı mövqelərini möhkəmləndirir, silah-sursatlarını artırırlar. Bu da onların məkirli niyyətini ortaya qoyur. Təbii ki, Azərbaycan rəhbərliyi bunu görür. Lakin hələ ki, müəyyən şərtlərə uyğun adekvat tədbirlər görməklə kifayətlənirik”.

 

Ü.Qədir bildirib ki, Azərbaycan ictimaiyyəti şübhəsiz ki, bu məsələnin tez bir zamanda həll olunaraq bitməsini istəyir. Onun fikrincə, siyasi proseslərin gedişinə əsasən müəyyən şəraitin yetişməsini gözləmək lazımdır.

 

“Müharibə 2020-ci ildə 44 gün ərzində dayansa da, hər şey bitmiş deyil. Bizim suverenliyimizin tam bərpası ilə bağlı mübarizəmiz davam edir. Bu gün müəyyən şəhərlərimiz hələ sülhməramlıların nəzarətindədir. Görünür səbrli olmağımız düşmənə qol-qanad verir, revanşist düşəncəsində olan erməni rəhbərliyi bundan yararlanmağa çalışır. Amma yalınırlar. Azərbaycan ordusu vətənin keşikçisidir. Hər birimiz əsgərlərimizin yanındayıq. Ölkə rəhbərliyi müəyyən tədbirlərini görəcək, düşmənin cavabı veriləcək”.

 

 

Ü.Qədir bildirib ki, sosial şəbəkələr, eləcə də bir çox ekspertlər ermənilərin sentyabrda müharibəni başlama ehtimalından danışırlar. Onun fikrincə, bu yanlış fikirlərdir və daxili auditoriyaya hesablanıb.

 

“Müharibə etmək istəyən ölkənin gücü olmalıdır. Bu gün Ermənistan tənəzzüldədir. Rusiya və digər ölkələrin maddi dəstəyi ilə təkmilləşmə aparıblar. Amma dirçələ bilməyəcəklər. Biz onların hansı hərbi təminata malik olduqlarını gördük və bilirik.

 

Azərbaycanın isə hərbi sistemi yenilənir, təkmilləşir. Azərbaycan NATO standartlarına uyğun təlimlərdə iştirak edirlər. Bu təcrübə vaxtı gələndə yazılmış nizamnamə və qaydalara uyğun icra olunacaqdır”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb