40 il əvvəl baş tutmayan SƏRGİ

16:29 05-08-2022 | icon 242 | Mədəniyyət
40 il əvvəl baş tutmayan SƏRGİ

“Azərxalça”nın xalçaları yenidən Moskvada

 

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun dəstəyi ilə avqustun 4-də “Rami Meir. 40 ildən sonra qayıdış” adlı sərginin açılışı baş tutub.

 

Bu barədə “Azərxalça” ASC məlumat yayıb.

 

Bildirilib ki, sərgidə rəssamın əl işləri ilə yanaşı “Rami Meir Art” və “Azərxalça” ASC-nin birgə əməkdaşlığı ilə Meirin rəsmlərinin süjetləri əsasında “Azərxalça” ASC-nin emalatxanalarında azərbaycanlı toxucuları tərəfindən toxunmuş xalçalar - “Uca tanrı” və “Nar bağı” da tamaşaçıların diqqətinə təqdim olunub.

 

Bundan əlavə, əslən bakılı olan dağ yəhudi əsilli israilli rəssam Rami Meirin yaradıcılığına həsr edilən sərginin qonaqlarına iki döymə panno, təsviri sənət nümunələri, “Rami Meir Art” və “Azərxalça” ASC-nin birgə layihəsi çərçivəsində Meirin rəsm əsərlərinin süjetləri əsasında hazırlanmış xalçalar, ağac üzərində oyma texnikasında icra edilmiş heykəllər, işıq installyasiyaları, qədim zərgərlik nümunələri, Rami Meirin şəxsi kolleksiyasından dağ yəhudilərinin dekorativ-tətbiqi sənət əşyaları və silahlar nümayiş etdirilib.

 

Məxsusi olaraq sərginin açılışı münasibətilə hazırlanmış film və buklet tamaşaçılara rəssamın çoxşaxəli yaradıcılığı, onun Azərbaycanla sıx əlaqələrindən söhbət açır, Raminin bu sərgisi ilə bağlı detektivi xatırladan əhvalat açıqlanır. Bildirilir ki, bu sərgi elə həmin XTNS-nin “Azərbaycan” pavilyonunda 40 il bundan əvvəl açılmalı idi.

 

Belə ki, 1982-ci ildə gənc Rami  bir ildən sonra XTNS- də Azərbaycan pavilyonunda keçiriləcək sərginin hazırlığına başlayır. Bütün əsərlər - müəllifin zəhmətlə işlədiyi mis üzərində zərgərlik təqibi texnikasında olan 20-yə yaxın panel daşınma zamanı oğurlanır. Oğrunu tapmaq mümkün olmur. Təsadüfən sərgiyə göndərilməyən yalnız iki əsər qorunub saxlanılır, rəssam əsərləri sərgiləmir və daha sonra onları gəlininə hədiyyə edir. İndi, 40 ildən sonra Rami Meir eyni Azərbaycan pavilyonuna yeni sərgi ilə qayıdır. Tamaşaçılar bu sərgidə “Qızılgülün üstünlüyü” və “Qladiatorların döyüşü” adlı panelləri görəcəklər – ovaxtkı gənc rəssamın yaradıcılıq axtarışlarına və uğurlarına dəlalət edən yeganə əsərlər.

 

Sərgi 2022-ci il oktyabrın 30-dək davam edəcək.

 

İnformasiya üçün bildirək ki, 2020-ci və 2021-ci illərdə Moskvada – Dövlət Şərq Muzeyində və Bakıda – Azərbaycan Milli Xalça Muzeyində Rami Meirin sərgiləri uğurla keçirilib. Bundan əlavə, Florensiyada “Florence Art Deposit Gallery” qalereyasında “Dağ yəhudiləri” silsiləsindən “Qafqaz gözəlləri” işi təqdim edilib. 2022-ci ildə Təl-Əvivdəki Azərbaycan Turizm Bürosunda “Azərxalça” ASC ilə birlikdə “Carpets as art. Beyond borders, beyond time” (“Xalçalar incəsənət kimi. Məkanın və zamanın fövqündə”) adlı birgə sərgi açılıb. Rami Meirin işləri Rusiyada, ABŞ-da və İsraildə şəxsi kolleksiyalarda saxlanılır.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

İki universitet publik hüquqi şəxsə çevrilib

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR