Niyə bir-iki  azərbaycanlı çıxıb səfirliyin qarşısında etiraz etmədi-AÇIQLAMA

13:15 06-08-2022 | icon 214 | Cəmiyyət
Niyə bir-iki  azərbaycanlı çıxıb səfirliyin qarşısında etiraz etmədi-AÇIQLAMA

 

Xəbər verildiyi kimi, avqustun 4-də “Mehdinin xidmətçiləri” təşkilatının üzvləri adlanan adamlar Azərbaycanın Londondakı səfirliyinə hücum ediblər. Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların bayrağımızı yerə atması və digər cinaytkar hərəkətləri ölkə ictimaiyyəti, eləcə də dünya azərbaycanlıları tərəfindən hiddətlə qarşılanıb. 

 

Verilən məlumatlara əsasən hadisə ilə bağlı 8 nəfər həbs olunub və hazırda məsələ ilə bağlı  araşdırmalar aparılır.

 

Bir qrup radikal dini dəstənin səfirliyin binasına daxil olaraq, vandalizm aktı törətməsi, binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndirməsi müxtəlif aspektlərdə təhlil olunur.

 

Sosial media, eləcə də dünya azərbaycanlıları bu işdə mütləq bir erməni barmağının, erməni düşüncəsinin olduğu qənaətindədir. 

 

Dünya Azərbaycanlıları Londonda baş verən bu olayı qətiyyətlə pisləyir.

 

Bu barədə Versus.az-a açıqlama verən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə Alparslan Universitetinin professoru Tamilla Əliyeva bu gün regionda və Azərbaycan-Ermənistan sərhəddində ermənilərin təxribatı nəticəsində baş verən gərginliyin, atəşkəsin pozulmasının və Zəngəzur dəhlizinin açılmasına qarşı Ermənistan, eləcə də İrandan gələn maniələri ardıcıllıqla təhlil etməklə, Londanda baş verən təxribatda da dini radikalların və ermənilərin barmağının olduğunu deyib.

 

Onun sözlərinə görə, “şiyələrə dəstək” adı ilə edilən bu hərəkət Azərbaycanla- İran arasında münasibətləri pisləşdirməyə yönəlib.

 

“Hadisə zamanı sanki səfirlik sahibsiz qalmışdı.  Əvvəla, əgər mühafizə düzgün qurulsaydı belə bir hadisə baş verməzdi. Ölkələr arasında münasibətlər pozulanda birinci növbədə səfirliklərə hücum edirlər. Amma bizim İngiltərə ilə münasibətlərimiz çox yaxşıdır. Və indiyə qədər heç bir səfirliyin içinə kimsə bu cür girə bilmədi. Çünki səfirliklər silahlı polislər tərəfindən qorunur.  Amma həmin gün hansısa İranlı, ərəb çox rahat şəkildə binanın üstünə çıxıb bayrağı yerə atıblar.

Bu gün İran Zəngəzur qapısının açılmasına maniə olur. Və bu günlərdə Ermənistanın yenidən müharibə ritorikası ilə çıxışları, hərəkətləri, səfərbərlik elan etməsi, rus əsgərlərinin işbirliyi yapması bütün bu işdə ermənilərin də əlinin olduğunu  açıq aydın göstərir.  Bu, mənə bir aydın, elm adamı kimi deməyə əsas verir ki,  burda ancaq erməni məfkurəli insanların rolu var. Zəngəzur dəhlizinin açılmasınada İngiltərənin də marağı var. Ola bilər ki, bu addım İngiltərə-Azərbaycan arasında münasibətləri pozmağa yönəlib. İngiltərə bu işə kənardan bir tamaşaçı kimi baxmamalı, günahkarlar cəzalarını almalıdırlar”.

İndiyə qədər heç bir dövlətlə, yaxud nə dindarlarla, nə İranla, nə ərəblə münasibətlərimiz pozulmadı. Qonşu deyil, qeyri-dindar, deyil. Azərbaycan qeyri-dindən olan bütün insanlara hörmətlə yanaşır. Ölkəmizdə qeyri-dindən olan insanların kilsələri, ibadət yerləri var.  Biz kimsəyə pis münasibət göstərmədik. O zaman kimdir gedib Londonda Azərbaycan bayrağını yerə atan kəslər. Heç bir Azərbaycanl bunu onlara bağışlamayacaq”.

 

T.Əliyeva bildirib ki, bütün ölkələrdə Azərbaycanın çox güclü diasporası var. O, ötən il Azərbaycan Diaspora Komitəsinin təşkilatçılığı ilə dünyanın 4 bir yanında olan diaspora təşkilatlarının bir araya gətirildiyini, diasporlarımızın Şuşada toplaşaraq bir söz verdiklərini xatırlatdı.

“Yaxşı niyə bir iki  azərbaycanlı çıxıb səfirliyin qarşısında deyə bilmədi ki, siz niyə Azərbaycana qarşı belə addımlar atdınız”.

 

T.Əliyeva hesab edir ki, əslində bu Böyük Britaniyanın problemidir. Bu hadisə sadəcə 10 milyonluq deyil, 38 milyonluq deyil, dünyada yaşayan bütün azərbaycanlıların, Azərbayacan adlı bir dövlətin bir olaraq öz sözünü deməsini tələb edir.

 

T.Qafarlı

Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR

Azad edilən ərazilərdə daha 327 mina aşkarlanıb