"Prezidentin bu addımı gözəl bir nümunədir, alqışlanmalıdır"

12:52 06-08-2022 | icon 168 | Qarabağ
"Prezidentin bu addımı gözəl bir nümunədir, alqışlanmalıdır"

 

 

 

“Bu addım yalnız 44 günlük Vətən Müharibəsi deyil, Birinci Qarabağ müharibəsinin iştirakçılarına da dövlət qayğısının göstəricisidir”.

 

 

Versus.az xəbər verir ki, “Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramı yüksək əhəmiyyətə malikdir.

 

Ş.Əlizamanlı bildirib ki, dövlətin apardığı bu siyasət bir daha hər kəsə bəyan edir ki, Vətən uğrunda canını, qanını verən heç kəs unudulmur, unudulmayacaq!

 

“Təbii ki, Prezidentin bu addımı gözəl bir nümunədir, alqışlanmalıdır, müsbət dəyərləndirirəm. Əslində uzun illərdir ki, qazilərimiz bunu gözləyirdilər. Bu onların haqqıdır. Əlbəttə onlar bu diqqət və qayğıya görə sevinirlər. Düşünürəm ki, bundan sonra da dövlətimizin qazilərə qayğıları davamlı olacaq”.

 

Ş.Əlizamanlının sözlərinə görə, Şəhid ailəsinə, Qazisinə, müharibə iştirakçısına, veterana göstərilən hər bir qayğı, gələcəyin güclü, qətiyyətli, cəsur əsgərinin yetişməsinə vəsilə olan, insanlara ruh verən bir əməl, nümunə olmaqla yanaşı, Vətənin öz əsgərinə “Oğul” deməsidir. Bu, ən böyük Vətənpərvərlik təbliğatının yeni atılan bünövrəsidir.

Ş.Əlizamanlı hesab edir ki, heç bir döyüşçü dövlətin diqqətindən kənarda qalmamalıdır. Və hər bir məmur öz müharibə veteranına, müharibə iştirakçısına, qazisinə, Şəhidinə ehtiramla yanaşmalı, onun hansısa problemlə üzləşməsinə yol verməməlidir. Çünki vətən elə onlardan başlayır. Bütövlükdə cəmiyyətimiz öz döyüşçüsünə hörmətlə yanaşmalıdır.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI