“Dövlətin atdığı bu addımlara “xeyirli olsun” deyirəm”


Füzuli Rzaquliyev: “Dövlət sosial siyasətini düzgün aparır"
Versus.az xəbər verir ki, "Azərbaycan Vətən Müharibəsi Veteranları" ictimai birliyinin sədri Füzuli Rzaquliyev açıqlamasında bildirib ki, bu günlər I Qarabağ iştirakçılarına, Əlillərə, Şəhid ailələrinə, müharibə veteranlarına birdəfəlik 11 min manat verilməsin dövlətin vətəndaşına qayğısı, uğurlu siyasətidir. I Qarabağ döyüşçüsü hesab edir ki, cənab Prezident daim bu cür humanist addımlar atır, fərmanlar verir. Qazilərin belə bir dəstəyin olacağını çoxdan gözlədiklərini deyən F.Rzaquliyev hər bir məsələnin zamanla öz həllini tapmasına şükr etdiklərini bildirib.
“Dövlət sosial siyasətini düzgün aparır. Qazi və şəhid ailələrinə hər zaman diqqət var, belə də olmalıdır. Ordumuz həmişə yüksək diqqət və qayğı ilə əhatə olunmalıdır və olunur. Artıq illərdir ki, dövlət tərəfindən Şəhid ailələrinə, qazilərə, Qarabağ döyüşçülərinə, əlillərə evlər, minik avtomobilləri verilir. Müharibə əlillərinin uşaqlarına uşaq pulu verilir. Maraqlıdır ki, bu məsələ heç bir yerdə deyilmir.
Əlillərin protezləşdirilməsi, müalicəsi davam edir. Bəzi mənşəyi bilinməyən məmurlar bu istiqamətdə narazılıqlar yaradırlar. Biz də bacardığımız qədər onların qarşısını alırıq. İnşaalah belə hallar da cənab Prezidentin köməkliyi ilə yoluna qoyulacaq”.
F.Rzaquliyev hesab edir ki, belə humanist addımlar dayanıqlı, davamlı olmalıdır.
“Mən Prezidentin, Dövlətin atdığı bu addımlara “xeyirli olsun” deyirəm. Tezliklə jurnalistlərimizin Xankəndimizdə döyüşçülərimizdən müsahibə almasını arzu edirəm və bu da olacaq.
PƏRİ
Versus.az

Xəbər lenti

"Laçın şəhər mərkəzinin və digər kəndlərinin boşaldılması ona imkan verir..."- MÜSAHİBƏ
Mahir Abbaszadə: “Sus, Zabux, Ağanis və Laçının digər 125 kəndi öz yurdlarına qayıtmağı səbirsizliklə gözləyir”