Şəhid ailələri, I Qarabağ müharibəsi iştirakçıları Prezidentə dedilər ki...

11:12 06-08-2022 | icon 291 | Cəmiyyət
Şəhid ailələri, I Qarabağ müharibəsi iştirakçıları Prezidentə dedilər ki...

 

 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verilib. Məlum olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər Kabinetinin yeni təsdiq etdiyi Qaydaya uyğun olaraq, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb ki, bu da ölkə ictimaiyyəti, xüsusilə də Şəhid ailələri, qazilər, əlillər tərəfindən böyük rəğbətlə qarşılanır.

 

 

Şəhid qardaşı: “Prezidentin bu addımı bir nümunədir”

 

Tovuz rayonun Alaköl kəndindən olan II Qarabağ savaşının Şəhidi İbad Qasımovun ailəsinə 11 manat birdəfəlik müavinət verilib.

 

Versus.az xəbər verir ki, bu barədə açıqlama verən Şəhidin qardaşı Nizami Qasımov bildirib ki, birdəfəlik müavinət anasına təqdim olunub.

Şəhid qardaşı bunu Prezidentin-dövlətin onların timsalında bütün Şəhid ailələrinə verdiyi yüksək dəyər kimi qiymətləndirib.

N.İsmayılov bildirib ki, prezident daim Şəhid ailələrinə, qazilərə, əlillərə diqqət və qayğısını əsirgəmir.

“Birdəfəlik müavinətin verilməsi Prezident tərəfindən çox yaxşı addımdır. Yaxşı nümunədir. İnanıram ki, şəhid ailələrinin sosail vəziyyətini yaxşılaşdıracaq belə addımlar davamlı olacaq.  Lakin müharibədə iştirak edən, yaralanan, əlil, Şəhid, qazi olan döyüşçülərə bu cür humanist münasibət bütün məmurlar tərəfindən olsa yaxşı olar. Rayonlarda məmurlar da Prezidentdən nümunə götürməlidirlər”

 

 

Elman Rzayev: “Biz bu gün də özümüzü Ali Baş Komandanın bir əsgəri hesab edirik”

 

Qarabağ Regional Təhsil İdarəsi üzrə Füzuli Rayon Təhsil Sektorunda metodist, I Qarabağ qazisi II qrup əlil Elman Rzayev açıqlamasında bildirib ki, Ali Baş Komandan həmişə dediyi sözün üstündə durub və inanır ki, bundan sonra da duracaq.

 

“Onun bir əmri ilə 7 dən, 77 -yə qədər hər kəs bir müsəllah əsgər kimi döyüşə getməyə hazır idi.  Dəmir Yumruq buna şahiddir. Bildirmək istəyirəm ki, hörmətli prezident, cənab Ali Baş Komandan daima Şəhid ailələrinə və Qazilərə öz qayğısını əsirgəməyib. Onlar bütün sahələrdə diqqət mərkəzində olublar. Biz bu gün də özümüzü Ali Baş Komandanın bir əsgəri hesab edirik və bundan sonra da əsgəri olacağıq. Yaşasın Azərbaycan xalqı və onun prezidenti İlham Əliyev. Qarabaq Azərbaycandır!”

E.Rzayev bildirib ki, birinci Qarabaq müharibəsində yaralanıb, ona ll qrup əlillik dərəcəsi təyin olunub. Amma II Qarabağ savaşında da arxada dayanmayıb, ön cəbhədə daim əsgərlərimizin yanında olub.

Qazi deyir ki, dövlət tərəfindən avtomobillə, evlə təmin olunub. Hazırda isə Qarabaq Regional Təhsil İdarəsi üzrə Füzuli Rayon Təhsil Sektorunda metodist işləyir.

“Bu cür humanist addımlar vətən uğrunda canını, qanını verən insanlara bir dəstək olmaqla yanaşı, gələcək üçün çox yüksək örnəkdir, nümunədir.  Hər bir gənc görür ki, o vətəni qoruduğu kimi, dövlət də onu sevib qoruyur və qoruyacaq”. 

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI