"Başlanılan proses də bu diqqət və qayğının nəticəsidir"
 

16:11 06-08-2022 | icon 165 | Cəmiyyət
"Başlanılan proses də bu diqqət və qayğının nəticəsidir" 

 

 

“Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmişə şəhid ailələrinə, qazilərə böyük diqqət və qayğı göstərir. Bu gün başlanılan proses də bu diqqət və qayğının nəticəsidir".

 

 

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu Versus.az -a açıqlamasında deyib ki, birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi Prezident İlham Əliyevin növbəti humanist addımıdır. R.Kərimoğlu Prezidentin daim qazilərə, şəhid ailələrinə diqqət göstərdiyini və belə yardımların mərhələli şəkildə davam etdiyini qeyd edib.

 

 

O, bildirib ki, bundan da əvvəl dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanına əsasən şəhid ailələrinə 11 000 manat məbləğində birdəfəlik ödəmələr verilmişdi. Məhz həmin fərmanın ardınca Prezident İlham Əliyev növbəti humanist addım ataraq ötən ilin dekabrın 23-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalamışdı. Onun sözlərinə görə, bu fərmana qədər Birinci Qarabağ müharibəsi əlilləri qanunvericiliyin yaratdığı problemlərə görə birdəfəlik ödəmələri ala bilmirdilər. Ancaq cənab Prezident həmişə olduğu kimi, bu dəfə də məsələyə humanist yanaşdı.

 

 

Qarabağ qazisi Birinci Qarabağ müharibəsi əlillərinə birdfəlik ödəmələrin verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib:

Eyni zamanda bu işi həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də təşəkkürünü ifadə edib.

 

 

 Versus.az

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI