"Bu qəhrəmanlıq səlnaməsi bütün gənclik üçün örnəkdir"


Azərbaycan dövləti hər zaman bu qəbildən olan ailələrə xüsusi diqqət qayğı göstərir. Məlumdur ki. 44 günlük müharibədən sonra Yaşat fondu yaradılıb. Ölkə prezidenti bu istiqamətdə fərman və sərəncamlar verir. 2018 -ci ildə yenidən prezident seçilən cənab İlham Əliev xalqın böyük əksəriyyətinin dəstəyini qazandıqdan sonra ilk fərmanı şəhid ailələrinə 1991-97-ci ildə şəhid olmuş hərbçilərin ailələrinə kompensasiya verdi.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" ictimai birliyinin sədri Emin Həsənli Versus.az -a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər zaman şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğı göstərib. Onun sözlərinə görə, ən nyaxşı cəhət ondan ibarətdir ki, istər II dünya müharibəsi, istər Çernobl hadisəsi, istər 20 yanvar şəhidləri, əlilləri, I-II Qarabağ müharibəsi qaziləri, əlilləri Şəhid ailələri, müharibə veteranlarının statusu eynidir.
“Bu insanlar ölkə Prezidentinin təqaüdünü alırlar. Şəhid ailələri, müharibə əlilləri mənzillə təmin edilir. Şəhid ailələrinin, müharibə əlillərinin övladları özəl üniversitetlərdə belə qəbul olunduqda təhsil haqqları dövlət tərəfindən ödənilir. Onların övladlarının asudə vaxtlarının təşkili üçün dövlət müxtəlif proqramlar həyata keçirir, məşğuluq proqramına cəlb olunurlar. Müharibə əlilləri protezlərlə, ən müasir texnologiya ilə təmin olunur, ən müsair ölkələrin xəsətxanalarında müalicə olunmaları təmin edilir".
Baş nazir Əli Əsədov "1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərar imzalayıb.
Qərarla Birinci Qarabağ müharibəsi əlillərinə I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat məbləğində birdəfəlik ödəmə ediləcək.
E.Həsənli bilirib ki, Azərbaycan sosial dövlətdir. Xüsusən müharibədə iştirak edənlər diqqət və qayğı ilə əhatə olunur. Onun sözlərinə görə, son illər aprılan siyasətin nəticəsində Azərbaycanda çox vətənpərvər bir gənclik yetişib.
“Bu vətən müharibəsndə də özünü sübut etdi. Bu qəhrəmanlıq səlnaməsi bütün gənclik üçün örnəkdir. Bayraq, Vətən, torpaq qədər Şəhidlərimiz, qazilərimiz bizim üçün əzizdir.Onlara ehtiram hər bir kəs üçün önəmlidir. Bu ənənə ümummilli lider tərəfindən qoyulub. Cənb Prezident tərəfindən uğurla davam etdirilir”.
T.Qafarlı
Versus.az

Xəbər lenti

"Laçın şəhər mərkəzinin və digər kəndlərinin boşaldılması ona imkan verir..."- MÜSAHİBƏ
Mahir Abbaszadə: “Sus, Zabux, Ağanis və Laçının digər 125 kəndi öz yurdlarına qayıtmağı səbirsizliklə gözləyir”