“Prezidentin sosial proqramından kənarda qalanlar sənədlərini təqdim etməlidir”

16:20 06-08-2022 | icon 191 | Sosial
“Prezidentin sosial proqramından kənarda qalanlar sənədlərini təqdim etməlidir”

 

 

“30 ilə yaxın işğal dövründə Azərbaycanın nizami ordusu yarandı. Ölkə başçısı bütün gücünü ölkəmizin müdafiə sisteminə qoydu. 44 gün ərzində erməni cəlladlarını məhv edən oğullarımız I Qarabağ savaşında döyüşən qəhrəmanlarımızdan nümunələr götürdülər. Mən bu gün fəxr edirəm ki, sosial dövlətin nümayəndəsiyəm. Bizim İlham Əliyev kimi rəhbərimiz var. Allah igidlərimizi qorusun. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin”.

 

 

Bu barədə Versus.az-a açıqlama verən “Əlil Qadınlar” Cəmiyyətinin sədri Məhluqə Qəhrəmanlı Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən sosial dəstək proqramına start verilməsini yüksək qiymətləndirib. O, bildirib ki, bu gün dövlətin I Qarabağ müharibəsi əlillərinə göstərdiyi diqqət-qayğısı xüsusilə önəmlidir, diqqətəlayiqdir.

 

M.Qaramanlı bildirib ki, 11 minədək müharibə əlilinə proaktiv qaydada ödəmə təyin olunub. Onun sözlərinə görə, sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada (heç bir quruma müraciət etmədən) ödəmə təyin olunaraq onların bank hesablarına köçürülüb. Həmin dövrədək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, ödəməni hansı bankdan alacaqlarına dair onlara SMS göndərilir. Birdəfəlik ödəmə təyin olunmuş şəxslər bu barədə məlumatı nazirliyin sosial.gov.az saytındakı “Müharibə əlillərinə birdəfəlik ödəmə” pəncərəsinə daxil olaraq da əldə edə bilərlər.

E-sistemlərdə, habelə müvafiq arxivlərdə aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün elektron qaydada ödəmə təyin edilməyən şəxslər isə xəsarətlə bağlı şəhadətnamənin (və ya qərar, arayış) elektron sistemə daxil edilməsi üçün xidmət keçdikləri qurumun hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) müraciət etməlidirlər.

M.Qaramanlı qeyd edib ki, bəzi qazilərimiz var ki, adları elektron sistemə düşməyib. Onun sözlərinə görə, bu mənada maarifləndirməyə ehtiyac var. Çünki artıq müəyyən əlilliyi olan qazilər cəmiyyətə müraciət edərək, bu proqrama düşmək üçün nə etməli olduqlarını soruşurlar.

“Düşünürəm ki, dövlətimizin bu cür sosial proqramları davam ediləcək və bir nəfər qazi, şəhid ailəsi,əlil bu dəstəkdən kənarda qalmayacaq. Bu buna görə də bu katiqoriyaya aid olan insanlar lazım olan sənədlərini yenidən aidiyyatı yerlərə təqdim etməlidir.

  

“1988-ci ildə Sovet sistemi dağılmağa başlayanda ölkəmizin müstəqilliyini boğmağa çalışan xarici güclər əllərindən gələni etdilər, ölkəmiz müharibəyə sürükləndi.  O zaman nizami Ordumuz yox idi. İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından qovuldular, qaçqın düşdülər. Belə bir vaxtda vətəni qorumaq üçün əsgər forması geyinib, nizami ordu, komandanlıq olmadan döyüşən Şəhid olan, Qazi, əlil olan oğullarımzın dəyərləndirilməsi, qiymətləndirilməsi olduqca xoşdur, sevindirici haldır. Dövlətimi alqışlayıram. I Qarabağ savaşında Şəhid, qazi veteran olan oğullarımıza dəyər veridyinə görə dövlətimizə bir təşəkkür borcumuz var. Sağ olsun Ali Baş Komandan. Keçmişini dəyələndirən xalq hər zaman müzəffər olacaq, qalib olacaqdır.” 

 

 

Hər bir Azərbaycan ailəsində I Qarabağ qazisinin, Şəhid ailəsinin, bir itkin düşəninin olduğunu deyən M.Qaramanlı bilirib ki, ən ağır zamanlarda, Vətən uğrunda döyüşən, Xocalını qana qəltən edən rus silahlılarının, erməni vandallığının qarşısında duruş gətirən oğullarımızı salamlayır, Onlara təşəkkür edirik. M.Qaramanlı bildirib ki, məhz I Qarabağ savaşında döyüşən əsgərlərin, könüllülərin qəhrəmanlığı II Qarabağ savaşında igidlik göstərən oğullarımızı ruhlandırdı.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI