Balıq pulcuqlarından televizor

08:53 06-08-2022 | icon 174 | Maraqlı
Balıq pulcuqlarından televizor

Yapon alimləri balıq pulcuqlarını karbon nanosoğanağa çevirməyin yolunu tapıblar. Araşdırma “Green Chemistry” jurnalında dərc olunub.

 

Karbon nanosoğanağı (CNO) - daxili karbon sferalarından əmələ gələn nano ölçülü karbon quruluşudur. Bu forma əla elektrik və istilik keçiriciliyinə malikdir, biotibb, bioimicinq və elektronikada (məsələn, televizor panellərinin istehsalında) istifadə olunur.

 

Qeyd edilir ki, nanosoğanaqların sintezi üçün ənənəvi proses çətinliklər və zərərli maddələrin atmosferə buraxılması ilə nəticələnir. Yeni yanaşma isə nə mürəkkəb katalizatorlar, nə sərt şərtlər, nə də uzun gözləmə müddətləri tələb edir - proses cəmi 10 saniyə çəkir.

 

Bildirilir ki, pulcuqlardan əldə edilən nanosoğanaqların sabit optik xassələri çevik plyonka və işıq-diod cihazları hazırlamağa imkan verə bilər.

 

Gələcəkdə CNO-dan yeni nəsil QLED televizorlarına panellər yaratmaq üçün istifadə ediləcək.

Mütəxəssislərin fikrincə, yeni üsul istehsalı xeyli sürətləndirəcək və maya dəyərini aşağı salacaq.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI

Yemiş tumlarının 5 FAYDASI