Səbəb birbaşa immun sisteminin aşağı düşməsidir - MÜSAHİBƏ

09:20 06-08-2022 | icon 375 | Sağlamlıq
Səbəb birbaşa immun sisteminin aşağı düşməsidir - MÜSAHİBƏ

Nərminə Abbasova: “Bütün xəstəliklərə ümumi yanaşma terapevtik olmalıdır”

 

Qlobal dünyada cərəyan edən proseslər paralel olaraq sağlamlıq təhlükəsizliyi məsələlərini də aktuallaşdırıb. Təbii ki, dünyanı cənginə alan kataklizmlərin müxtəlif xəstəliklərin səbəbkarı olduğu inkar olunmur. Məhz dünyanın üzləşdiyi bu gərgin fonda Covid 19 pandemiyasından çıxmağa edilən cəhdlər 2 il sonra öz müsbət nəticələrini versə də, təhlükə aradan qalxmayıb. Bütün hallarda hər bir fəaliyyət növü dünyanın gözəlləşməsi və onun təmizliyinin, sağlam cəmiyyətin formalaşmasını hədəfə alır Və hər zaman müzakirə, mübahisə mövzusu olaraq qalır. Həyatı sağlamlıq, təmizlik gözəlləşdirirsə, yaşadırsa, deməli insan sağlamlığı əsas amil olaraq daim öndə olacaqdır. Bu mənada həkim məsləhətinə, bu istiqamətdə maarifləndirməyə daim ehtiyac var.

 

“İnsan, sağlamlığının qorunması üçün hansı addımları atmalıdır”-əsas sual olaraq qalır...

 

Bu istiqamətdə Versus.az-a müsahibə verən MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt NƏRMİNƏ ABBASOVA mühüm məqamlara diqqət çəkib.

 

- Nərminə xanım, karantin ləğv edilsə də, demək olar ki, hələ də pandemiya dövrü yaşayırıq deyə bilərik. Kəskin pandemiya dövründən sonrakı zamanda hansı  xəstəliklər daha çox aktivləşdi?

 

- 2019-cu ildən başlayaraq pandemiya dövrünü yaşadıq. Bu gün də pandemiya dövrü müəyyən mənada davam edir. Yəni qadağalar bitdi deyə pandemiya keçdi deyə bilmərik. Artıq son vaxtlar yenidən yoluxma hallarının artması barədə təbil çalınmaqdadır. Belə məlumatlar var ki, pandemiya hələ davam edəcək. Nə qədər davam edəcəyini və niyə aktivləşdiyini dəqiq deyə bilmərik. Amma onu deyə bilərik ki, bu tip viruslarla hər il qarşılaşa bilərik və bu, uzunmüddətli ola bilər.

Təbii ki, pandemiya dövründə insanlarda xoroniki xəstəliklərin demək olar ki, hamısı aktivləşdi, kəskinləşdi. Xroniki xəstəliklərə ən çox hərəkət dayaq  sistemi xəstəlikləri, sinir sistemi xəstəlikləri , yuxarı-aşağı tənəffüs yolları xəstəlikləri daha çoxaldı, aktivləşdi.

 

- Səbəb nədir?

 

- Səbəb birbaşa immun sisteminin aşağı düşməsidir. Təkcə koronavirusdan söhbət getmir. Bütün virus xəstəlikləri orqanizmdə bütün immun sistemini çökdürür. İmmun sistemi aşağı düşəndə də həmin xəstəliklərin orqanizmə daxilolma yolları artır. Yəni i immun sistemi aşağı olduğu üçün tək COVİD-ə deyil, hərhansı virusa yoluxma asanlaşır. Ən çox rastlaşdığımız Herpes virusu və qripdir. Biz qripə sıradan xəstəlik kimi yanaşırıq, amma xəstəliklərin başlanğıcı elə qripdən başlayır.

 

- Belə qeydlər var ki, pandemiya boyu maskadan istifadə edildiyi üçün sanki bir çox xəstəliklər yoxa çıxdı.

 

- Elə deyil, sadəcə olaraq müalicələrimizi yönəltdik digər virusa. Necə oldu ki, testdən keçən bəzilərində koronavirus aşkarlanmadı? Həmin vaxt yenə də düşündük ki, bu, qripdir. Artıq orqanizmdə ikinci-üçüncü virus olduğu üçün , yanaşı olaraq papiloma virusunu fikirləşirik. Qrip olsaq da belə, orqanizmdə artıq koronavirusun antitellərin olduğunu bilirik. O antitellər də aktivləşir. Bunları yanaşı fikirləşsək, burda ən vacib amil immun sistemidir. İmmun sistemi aşağı düşdüyü üçün xəstəliklər aktivləşməyə başlayır.

Bu sırada allergiyanı da önə çəkmək olar. Allergiya özü immun sistemi xəstəliyidir. Burda söhbət iltihabdan gedir. İltihab artır, immun sistemi aşağı düşür və allergiya aktivləşir. Yəni bu ərəfələrdə allergiya hallarının çoxalması da immun sisteminin aşağı düşməsi ilə bağlıdır.

Göz allergiyası ilə bağlı şikayətlət də olur. Konyuqtivit gözün allergik iltihabi xəstəliyidir. İnfeksiya burun-boğazda çoxaldığı üçün kəskinləşmə gözə də verir.

 

- İmmuniteti qaldırmaq üçün nə etmək lazımdır.

 

- Birincisi, immun sisteminin düşməsinə səbəb düzgün qidalanmamaq, düzgün olmayan yuxu rejimidir. Sinir sistemi rahat olmalıdır. Meyvə-tərəvəz şirələri qəbul etmək lazımdır. Sinir sistemini nizamlaya bilmiriksə, bu özü də immun sistemini aşağı salır. Mədə-bağırsaq sistemini normal saxlamaq lazımdır. Birində qəbizlik, birində ishal olur ki, bunları normaya salmaq lazımdır. Eyni zamanda D vitamininin qəbuluna önəm verilməlidir. Bir halda ki, D vitamininin çatışmamazlığında sümük və əzələlərdə, immun sistemində çökmə əmələ gəlirsə, bu çatışmamazlığı aradan qaldırmaq lazımdır.

 

- Son vaxtlar bir çox insanların sümük, oynaq ağrılarından şikayətləndiklərinin şahidi oluruq. Baxırsan insan çox əsəbi, aqresiyalıdır. Bunlara səbəb nədir?

 

- Ümumiyyətlə, pasiyentlərlə görüşdə anamnezi geniş şəkildə toplayanda müsbət nəticə əldə edirik. Baxırsan ki, stress faktoru öndə durur. Orqanizmin bu yükü çəkməyə bəzən gücü çatmır. Hər kəs özündə bir tarazlaşma əmələ gətirməlidir.

Qeyd edim ki, bütün xəstəliklərə ümumi yanaşma terapevtik olmalıdır. Hətta nevroloji xəstəliklərdə belə, geriyə bir ekskursiya eləmək lazımdır ki,  bu insanın nevroloji xəstəliyi hardan, hansı gün başladı. Səbəb bəlli olduqdan sonra müalicə effektiv olur. Bunun üçün də pasiyent tələb olunan analizləri verməlidir. Analizin cavablarından çox şey asılıdır. Analizlərin cavabından sonra tətbiq etdiyimiz müalicədən çox gözəl nəticə əldə edirik. Pasiyent müalicəni düzgün qəbul edirsə, yəni həkimin tövsüyələrinə əməl edirsə, dərmanları düzgün və vaxtıında qəbul edirsə, bütün ağrılar, eləcə də oynaq ağrıları yavaş-yavaş aradan qaldırılır.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

"Düşməni yerində oturtdu,  Ermənistan cəmiyyətini silkələdi"

Jurnalistika günahkardır, yoxsa?

Prezidentin son bəyanatlarının MƏĞZİ

"Prezidentin bu fikirləri böyük müjdədir"

Azərbaycan gəncliyinin İSTEDADLI NİŞANƏSİ

Şuşa bizə Şəhidlər xiyabanı kimi lazımdır?

Sabahdan ali məktəblərə ixtisas seçimi BAŞLANIR

Bir gecənin 23 ŞƏHİDİ

"Tehran bununla Azərbaycanı hədələyir"

Bizi “ziddoş” deyib ələ salanlara bəhanələr verməməliyik

“Vaqner”in Ukraynadakı qərargahı vuruldu

İstanbul selə təslim oldu

İki universitet publik hüquqi şəxsə çevrilib

Zəngəzuru tanıyaq və tanıdaq - TARİXİ FAKTLAR