Ali məktəblərə qəbul olunanların qeydiyyat müddəti başa çatır

12:03 12-09-2022 | icon 130 | Təhsil
Ali məktəblərə qəbul olunanların qeydiyyat müddəti başa çatır

Ali təhsil müəssisələrinə qəbul olunan (I mərhələdən sonra) abituriyentlərin qeydiyyat müddəti başa çatır.

 

DİM-dən verilən xəbərə görə, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı sentyabrın 2-dən başlanıb və 12 sentyabr saat 23:59-dək davam edəcək.

 

Ali təhsil müəssisələrinə qəbul olunan (I mərhələdən sonra) şəxslər portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 

12 sentyabr saat 09:00-a olan məlumata əsasən, artıq 48 045 nəfər portalda qeydiyyatdan keçmək üçün müraciət edib və onlardan 45 712 abituriyentin müraciəti yoxlanılaraq təsdiq olunub. Digər müraciətlərin yoxlanılması davam edir.

 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı isə 12 sentyabr saat 12:00-dan 19 sentyabr saat 23:59-dək aparılacaq. Bundan əlavə, tam (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 12 sentyabr saat 12:00-dan 21 sentyabr saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

Bakıya 12 metrlik avtobuslar gətirildi

“Orion” Ay ətrafında dövr etdi

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Avropada daha bir müharibə - TƏHLİL

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Müharibə yenidən başlayır?

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Dövlət qurumundan 9000 manatlıq oğurluq

Qanunsuz erməni silahlıları ordumuzun mövqelərini atəşə tutublar

Yaşa görə orta aylıq pensiya 455 manat olacaq

hamilə olduğu üçün təzminat ödəyəcək

Avropalı deputatlar çağırış etdilər

Yeni dünya rekordu

Rəşad Dağlını müdafiə edənlər məni... - VİDEO