"Ermənistana ərazi iddiası irəli sürmək zamanıdır"

11:49 13-09-2022 | icon 172 | Siyasət
"Ermənistana ərazi iddiası irəli sürmək zamanıdır"

Razi Nurullayev: "Zəngəzur və Göyçə Azərbaycandır və biz ora dönməliyik"

 

"Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatı pisləyirəm. Bu həssas və gərgin zamanda xalqımız birlik və həmrəylik nümayiş etdirməlidir. Çünki, Ermənistan belə görünür ki, xoş dil və rəftardan anlamır və biz onları sülhə məcbur etməliyik. Ermənistanın təxribatları dayanmır və üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir".

 
 
Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.
 
 
Bu günə qədər Ermənistan silahlı birləşmələrinin Qarabağda qalmaqda davam etdiyini vurğulayan Razi Nurullayev qeyd edib ki, Ermənistan Qarabağda yaşayan ermənilərlə ayrıca çəkilmiş keyfiyyətli yol vasitəsilə gediş-gəliş edə bilir. Ermənistan isə Naxçıvana quru və dəmiryolu dəhlizi açacağı ilə bağlı üzərinə götürdüyü öhdəliklərdən də imtina edir:
 
 
 
"Ermənistan Azərbaycanın israrlı sülh təkliflərinə qarşı etinasız davranır və hər gün məntiqsiz və mümkün olmayan yeni şərtlər irəli sürür. Ona görə də Ermənistanın təxribatlarına layiqincə cavab verməliyik və ordumuz bunu edir. Artıq Ermənistana ərazi iddiası irəli sürmək zamanıdır. Zəngəzur və Göyçə keçən əsrin əvvəllərində Azərbaycandan alınaraq Ermənistana verilib. Yüz minlərlə vətəndaşımız evindən, yurdundan didərgin düşüb. İndi ora qayıtmaq zamanıdır. Zəngəzur və Göyçə Azərbaycandır və biz ora dönməliyik. Naxçıvana Ermənistandan dəhliz istəməli deyilik, sadəcə tarixi torpağımızı geri qaytarıb Azərbaycanı Naxçıvanla quru sərhədi vasitəsilə birləşdirməliyik".
 
 
Ermənistana dəstək verən və Azərbaycana qarşı diş qıcayan xarici dövlət və Ermənistan havadarlarına dəstək verənlərə "Gözünüzü açın Ukraynaya baxın, Gürcüstana, Moldovaya baxın, dəyişən və ədalətsizlik burulğanına çevrilən dünyaya baxın. Bunu sizlər etmisiniz. Sizlər beynəlxalq hüququ ayaqlar altına salıb tapdalayanda, ikili standartlar həyata keçirəndə hır şey bərbad oldu və olur" deyən millət vəkili bildirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini nəyin bahasına olursa-olsun qoruyacaq və heç kimdən icazə istəməyəcək. Çünki o havadarlar hakimlik rolunu saxta qərarlar verməklə çoxdan itiriblər.
 
 
PƏRİ
Versus.Az
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şagird sinif yoldaşını bıçaqlayıb - VİDEO

"Sərhəd yoxdursa, Azərbaycan Şərqi Zəngəzurdan Qərbi Zəngəzura doğru addımlayacaq"

Sülhün sobotaj edilməsi Ermənistana nə üçün lazım idi? - VİDEO

Yığmamız ilk “beşlik”də yer alıb

"Rusiya qarant ölkə kimi öz imzasına hörmət etməlidir"

Ermənilərin Kəlbəcərdə basdırdıqları minalar zərərsizləşdirildi

Media Tədris Mərkəzindən Dövlət Məşğulluq Agentliyinə MÜRACİƏT

Etirazlara Xorasan da qoşuldu

Ətin qiyməti yenə artıb

17 yaşlı futbolçuya görə 32 milyon

Son telefon danışığında anasını Ağdama aparacağını dedi, 40 mərasimində atasının ürəyi dayandı...

Koronavirusla bağlı son STATİSTİKA

Şəhidin qəbri ziyarət edildi

“Qaçqınkom”un sifarişi ilə tikilmiş binalardakı mənzillərin satış qaydası MÜƏYYƏNLƏŞDİ

İyirmiyə yaxın şəxsin yaralandığı qəzanın SƏBƏBİ