AKP-dən dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ÇAĞIRIŞ

10:09 14-09-2022 | icon 313 | Siyasət
AKP-dən dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara ÇAĞIRIŞ

"Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisinə müdaxilə etməsinə yol verməyin"

 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Bəyanat yayıb.

 

Versus.Az xəbər verir ki, Bəyanatda deyilir:

 

"Azərbaycan Kommunist Partiyası 12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin AzərbaycanErmənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində geniş miqyaslı təxribat törətməsindən dərin narahatçılıq hissi keçirir və baş vermiş hadisəni kəskin pisləyir.

 

Ermənistan Respublikası 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası dövlət başçıları arasında əldə olunmuş razılaşmanın şərtlərini kobud surətdə pozaraq mütəmadi olaraq Azərbaycan ərazisində təxribatlar yaratmağa cəhd göstərir və bununla da regionda sülhün yaranmasına əngəl yaradır.

 

Azərbaycan ərazisində törədilmiş təxribatlar nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti arasında itkilər olur və infrastruktura ziyan dəyir. Azərbaycan Respublikası Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusu Ermənistan tərəfindən törədilmiş müxtəlif yönlü təxribatların qarşısını qətiyyətlə alır və qarşı tərəfin atəş nöqtələri susdurulur.

 

Azərbaycan Kommunist Partiyası dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisinə müdaxilə etməsinə yol verməməyə, bu cür neqativ hallara qarşı barışmaz olmağa, müstəqil dövlətlərin ərazi bütövlüyünə və suveren hüquqlarına hörmətlə yanaşılmasına birgə mövqe göstərməyə çağırır. Əks halda yaşadığımız planet daha ağır və bərpası mümkün olmayan təhlükələrlə qarşılaşa bilər".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şagird sinif yoldaşını bıçaqlayıb - VİDEO

"Sərhəd yoxdursa, Azərbaycan Şərqi Zəngəzurdan Qərbi Zəngəzura doğru addımlayacaq"

Sülhün sobotaj edilməsi Ermənistana nə üçün lazım idi? - VİDEO

Yığmamız ilk “beşlik”də yer alıb

"Rusiya qarant ölkə kimi öz imzasına hörmət etməlidir"

Ermənilərin Kəlbəcərdə basdırdıqları minalar zərərsizləşdirildi

Media Tədris Mərkəzindən Dövlət Məşğulluq Agentliyinə MÜRACİƏT

Etirazlara Xorasan da qoşuldu

Ətin qiyməti yenə artıb

17 yaşlı futbolçuya görə 32 milyon

Son telefon danışığında anasını Ağdama aparacağını dedi, 40 mərasimində atasının ürəyi dayandı...

Koronavirusla bağlı son STATİSTİKA

Şəhidin qəbri ziyarət edildi

“Qaçqınkom”un sifarişi ilə tikilmiş binalardakı mənzillərin satış qaydası MÜƏYYƏNLƏŞDİ

İyirmiyə yaxın şəxsin yaralandığı qəzanın SƏBƏBİ