"Noldu Əli Kərimli, niyə üzr istəmirsən?"

12:10 15-09-2022 | icon 340 | Siyasət
"Noldu Əli Kərimli, niyə üzr istəmirsən?"

Nizami Verdiyev: "Azərbaycanın qələbəsini həzm edə bilmirsənsə, heç olmasa sus"

 

“Ermənilərlə əlbir olan, Qərbin göstərişlərini yerinə yetirən, "5-ci kolon"un parlaq nümünəsi olan Əli Kərimli kimilərinin Ali Baş Komandan haqqında fikir söyləməyə mənəvi haqları yoxdur”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev bildirib.

 

“Bəli Qarabağ probleminə Vətən müharibəsində son qoyuldu. Ordumuz işğalda olan torpaqları azad etdi. Üç rayonu isə bir qüllə atmadan belə azad etdik. O sən idin, Əli Kərimli, xalqı aldadırdın, deyirdin ki, ermənilər üç rayonu boşaltmayacaqlar. Bəs nə oldu, niyə çıxıb xalqa demədin ki, səhv etmişəm. Laçın şəhərini ermənilər boşaltmıyacaqlar. İndi niyə çıxıb xalqdan yalan dediyinə görə, üzr istəmirsən? Bəli, müharibə qələbəmizlə qurtarıb! Allah şəhidlərə rəhmət eləsin! Allah qazilərə şəfa versin! Amma kim deyirdi ki, Ermənistan sərhəddə təxribatlar etməyəcək? Heç kim bunu demirdi".

 

N.Verdiyev qeyd edib ki, Əli Kərimli və onun kimilərdən başqa indi bütün xalqımız 44 gün Vətən müharibəsi dövründə olduğu kimi yenə də Ali Baş Komandan və Azərbaycan ordusu ətrafında birləşib:

 

"İndi mən sənə sual verirəm Əli Kərimli, ermənilər sərhəddə əsgərlərimizə atəş açanda, əsgərlərimiz nə etməliydi ki? Sənin hakimiyyətin dövründə olduğu kimi qaçmalı idi? Sənin hakimiyyətin dövründə 18 yaşdan yuxarı gəncləri küçələrdən tutub avobuslara mindirib cəbhə bölgəsinə hazırlıqsız göndərirdiz. Bunu edən sən və sənin təmsil olduğun hakimiyyətin olub. Nə vaxtsa buna görə sizlər cavab verəcəksiz”.

 

ALDP yetkilisi Əli Kərimlini və onun kimilərini Azərbaycanın qələbəsini həzm edə bilməməkdə suçlayaraq, heç olmasa susmalarını tələb edib:

 

"Mənim oğlum əsgər olaraq Vətənə borcunu cəbhə bölgəsində verib. Sənin oğlun bunu niyə etməyib, Əli Kərimli? Niyə sənin oğlun əsgərlikdə olmayıb, Londonda barlarda eyş-işrətlə məşğul olub? Sənin və sənin kimilərin danışmağa haqları yoxdur. Siz də ermənilər kimi qələbəmizi həzm edə bilmirsinizsə, barı susun, danışmayın!”

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

Bakıya 12 metrlik avtobuslar gətirildi

“Orion” Ay ətrafında dövr etdi

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Avropada daha bir müharibə - TƏHLİL

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Müharibə yenidən başlayır?

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Dövlət qurumundan 9000 manatlıq oğurluq

Qanunsuz erməni silahlıları ordumuzun mövqelərini atəşə tutublar

Yaşa görə orta aylıq pensiya 455 manat olacaq

hamilə olduğu üçün təzminat ödəyəcək

Avropalı deputatlar çağırış etdilər

Yeni dünya rekordu

Rəşad Dağlını müdafiə edənlər məni... - VİDEO