Epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb

13:08 18-01-2019 | icon 83 | Sosial
Epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

 

Versus.Az Trendə istinadən xəbər verir ki, DBX-dən veirlən məlumata görə, 102 kəndi, 2 şəhəri əhatə edən Tovuz rayonunda epizootik durum sabitdir. Buna baxmayaraq, heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı 2019-cu ilin epizootiya əleyhinə profilaktik tədbirlərinə başlanılıb. 15 sahə baytarlıq məntəqəsi vasitəsi ilə müayinə və profilaktik tədbirlər həm fərdi, həm də fermer təsərrüfatlarında aparılır. Dövlət Baytarlıq Xidmətinin Tovuz Rayon Baytarlıq İdarəsinə verilən peyvənd vasitələri “soyuq zəncir” rejimi gözlənilməklə sahə baytarlıq məntəqələrinə termoçamadanlarla çatdırılır və heyvanlara tətbiq edilir. İlin əvvəlindən başlanan bu tədbirlər iribuynuzlu, təkdırnaqlı və donuzlar arasında qarayara xəstəliyinə qarşı aparılır. Bununla yanaşı, iribuynuzlu heyvanlardan bruselyoz xəstəliyinin müayinəsi üçün qan nümunələri götürülür. Həmçinin ev itlərində quduzluğa qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır. Tədbirlər yekunlaşdıqdan sonra ərazidə profilaktik dezinfeksiya işləri həyata keçirilir. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.

 

2019-cu ilin tədbirləri çərçivəsində rayonun Aşağı Öysüzlü kənd sakini Mürsəlov Nurəddinə məxsus heyvandarlıq təsərrüfatında 45 baş və Aşağı Mülkülü kənd sakini Seyfəddin Nəsibova məxsus cins heyvandarlıq təsərrüfatında 87 baş iribuynuzlu heyvanda qarayara xəstəliyi əleyhinə peyvəndləmə aparılaraq 300 kvadratmetr sahədə dezinfeksiya işləri icra edilib. Ümumiyyətlə, 2019-cu ilin epizootik tədbirləri başlayandan indiyə kimi Tovuz rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarında 20 750 baş iribuynuzlu, 380 baş təkdırnaqlı heyvanda qarayara, 2 950 baş itdə quduzluq xəstəliyi əleyhinə profilaktik peyvəndləmə tədbirləri aparılıb. 255 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müəyyən edilməsi məqsədilə qan nümunəsi götürülərək 830 kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri görülüb.

 

Qeyd edək ki, Tovuz Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən 2018-ci il ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək və xəstəliyin qarşısını almaq məqsədi ilə 10 023 baş iribuynuzlu və 4 710 baş xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələri alınaraq müayinə edilib. Eləcə də ötən il 47 029 baş iribuynuzlu, 228 783 baş xırdabuynuzlu, 3 269 baş təkdırnaqlı heyvanlarda qarayara və 7 953 baş qapı itində quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılıb və epizootik sabitlik təmin edilib. Həmçinin başa vurduğumuz il ərzində 20 420 kvadratmetr sahədə profilaktik dezinfeksiya, 2 430 kvadratmetr sahədə isə məcburi dezinfeksiya tədbirləri aparılıb.

 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

AXH Qurultaya hazırlaşır

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

5 addımda arıqlama

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Ermənilər mövqelərimizi atəşə tutdu

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi