Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatı sübut elədi...

10:31 16-09-2022 | icon 213 | Qarabağ
Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatı sübut elədi...

 

 

“Azərbaycanın öz yuridiksiyasında olan ərazilərində  olan terrorçu, qeyri-qanuni silahlı qüvvələrə qarşı  antiterror əməliyyatı aparmağa hüquqi, qanuni əsasları var”. 

 

 

 

Versus.az xəbər verir ki, bunu politooq Natiq Cəfərli Ermənistan hakimiyytinin danışıqlarda sülhə razılıq verib, ardınca da özünün ordusu ilə sərhəddə  Azərbaycan tərəfə atəş açması və ermənilərin sülhməramlıların iştirakı ilə Qarabağda təxribatlar törədib, özbaşına davranışlarını davam etdirməsi ilə bağlı açıqlamasında bildirib.  N.Cəfərli belə davam edərsə, Azərbayacanın növbəti antiterror əməliyyataını keçirməsini real hesab edib. Onun sözlərinə görə, bu əməliyyatların olub-olmaması danışıqların trendindən, intensivliyindən və razılıqların qarşı  tərəfdən necə yerinə yetirilməsindən asılı olacaq.  

 

 

“Bu yaxınlarda Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatı da sübut elədi ki, əgər danışıqlarda hansısa bir problemlər yaşanırsa və qarşı tərəfin səmimiliyi sual altına düşürsə -danışıqlardan qaçmaq, üzərinə götürdükləri öhtəlikləri yerinə yetirməsində problmlər  yaşanırsa, Azərbaycan istənilən halda öz ərazisində antiterror əməliyyatları keçirdə bilər. Söhbət heç də bütün qoşun növlərinin apara biləcəyi əməliyyatlardan getmir. Söhbət “nöqtə” atışlardan da gedə bilər. Azərbaycanın əlində kifayət qədər müasir silahlar və texnikalar var ki, insan amili olmadan, havadan bəlli nöqtələri vurmaqla əməliyyatları həyata keçirdə bilsin”.

 

Politoloq hesab edir ki, bu, qarşı tərəfə növbəti dərs ola bilər.  Onun sözölərinə görə, vəziyyət ona görə qəlizdir ki, bölgədə dayanıqlı sülhün olmasında Kremlin marağı yoxdur.

 

 

“Müəyyən məsələlələr bağlı moderator olmağa  üstünlük verən Kreml dayanıqlı və daimi sülhün olması, sülh müqaviləsinin bağlanmasını istəmir. Bununla Kremlin hər iki ölkəyə təsir rıçaqları xeyli azala bilər. Ona görə də biz tək Ermənistanın yox, Rusiyanın da hansısa  formada iştirakına görə prosesin ləngiməsinin şahidid oluruq”.

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şagird sinif yoldaşını bıçaqlayıb - VİDEO

"Sərhəd yoxdursa, Azərbaycan Şərqi Zəngəzurdan Qərbi Zəngəzura doğru addımlayacaq"

Sülhün sobotaj edilməsi Ermənistana nə üçün lazım idi? - VİDEO

Yığmamız ilk “beşlik”də yer alıb

"Rusiya qarant ölkə kimi öz imzasına hörmət etməlidir"

Ermənilərin Kəlbəcərdə basdırdıqları minalar zərərsizləşdirildi

Media Tədris Mərkəzindən Dövlət Məşğulluq Agentliyinə MÜRACİƏT

Etirazlara Xorasan da qoşuldu

Ətin qiyməti yenə artıb

17 yaşlı futbolçuya görə 32 milyon

Son telefon danışığında anasını Ağdama aparacağını dedi, 40 mərasimində atasının ürəyi dayandı...

Koronavirusla bağlı son STATİSTİKA

Şəhidin qəbri ziyarət edildi

“Qaçqınkom”un sifarişi ilə tikilmiş binalardakı mənzillərin satış qaydası MÜƏYYƏNLƏŞDİ

İyirmiyə yaxın şəxsin yaralandığı qəzanın SƏBƏBİ