Ölkəmizin çoxvektorlu xarici siyasətində duran əsas xətt

17:26 17-09-2022 | icon 161 | Geopolitika
Ölkəmizin çoxvektorlu xarici siyasətində duran əsas xətt

Mətin Məmmədli: “Ölkəmizin uğurlu siyasətinin də əsas özəlliyi bundan ibarətdir”

 

 

“2016-cı ildə  ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusunda iştirak edir. Bu təşkilatın tədbirlərinə qatılmağın əsas səbəbi  ölkəmizin belə bir statusa sahib olmasıdır”.

 

Versus.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Zirvəsindən hansı “baqajla” qayıdacağı və əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.

 

M.Məmmədli bildirib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı və bu təşkilata daxil olan ölkələrlə yaxın əməkdaşlıq əlaqələri qurub:

 

“Azərbaycan çoxvektorlu siyasət yeridir və bu cür xarici siyasətin fəlsəfəsinə uyğun olaraq  təbii ki, dünyada bəllli bir iqtisadi, siyasi, hərbi təşkilatlarla əməkdaşlıq etməlidir. Bu təşkilatlardan biri də Şanxay Əməkdaşlığı Təşkilatıdır”.

 

M.Məmmədli qeyd edib ki, bu gün Azərbaycan dünyanın digər təşkilatları ilə də, məsələn NATO, Avropa İttifaqı və digətr təşkilatlarla da yaxından əməkdaşlıq edir və bu əməkdaşlıq bir -birinə mane olmur:

 

“Ölkəmizin uğurlu siyasətinin də əsas özəlliyi bundan ibarətdir ki, həyata keçirdilən çoxvektorlu xarici siyasətdə  müxtəlif istiqamətlərdə qurduğu əməkdaşlıq münasibətləri bir-birinə mane olmur. Ölkəmizin çoxvektorlu xarici siyasətində ilk növbədə təhlükəsizlik, siyasi, strateji, maraqlarının  təmin olunması durur”.

 

PƏRİ
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

Bakıya 12 metrlik avtobuslar gətirildi

“Orion” Ay ətrafında dövr etdi

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Avropada daha bir müharibə - TƏHLİL

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Müharibə yenidən başlayır?

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Dövlət qurumundan 9000 manatlıq oğurluq

Qanunsuz erməni silahlıları ordumuzun mövqelərini atəşə tutublar

Yaşa görə orta aylıq pensiya 455 manat olacaq

hamilə olduğu üçün təzminat ödəyəcək

Avropalı deputatlar çağırış etdilər

Yeni dünya rekordu

Rəşad Dağlını müdafiə edənlər məni... - VİDEO