Planetin əsl sahibləri

10:53 21-09-2022 | icon 111 | Maraqlı
Planetin əsl sahibləri

Qarışqalar bəşəriyyəti hər zaman öz qeyri-adi gücləri ilə heyran edib və hər yerdə mövcudluğu ilə təəccübləndirib.

 

Sidneydəki Makkuori Universitetinin alimləri bunu nəzərə alaraq planetdə onların sayını hesablayıb. Nəticələr isə ekspertlərdə Yer kürəsinin əsl sahiblərinin əslində kimlər olduğu barədə sual yaradıb.

 

 

Bu barədə təqdqiqatçıların işi “The Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

 

Məqalədən məlum olur ki,  qarışqaların bu və ya digər şəkildə sayılması ilə bağlı 489 araşdırma təhlil edilib və bütün dünyada - ağaclarda və torpaqlarda təxminən 20 kvadrilyon qarışqanın olduğu hesablanıb. Başqa sözlə, sırf riyazi olaraq desək, adambaşına bu kiçik həşəratlardan təxminən 2,5 milyonu düşür.

 

 

“Altı ayaqlı həşəratların ümumi biokütləsi Yerdəki bütün çöl quşlarının və vəhşi məməlilərin cəmindən çoxdur”, - deyə tədqiqatçılar bildirib.

 

Alimlər müəyyən ediblər ki, bütün quru qarışqalarının 61%-i tropik yağış meşələrində və savannalarda, ən azı isə Aralıq dənizi kollarında və tropik iynəyarpaqlı meşələrdə yaşayır. Entomoloqlar həmçinin ümumi biokütləni 12 meqaton quru karbon kimi qiymətləndiriblər ki, bu da bəşəriyyətin quru biokütləsinin 20%-ni təşkil edir.

 

 

Bununla belə alimlər əslində qarışqaların bu saydan daha çox olduğunu vurğulayıblar.

 

Tədqiqatın nəticələri qarışqaların yerüstü ekosistemlərin mərkəzi olması barədə fərziyyəni təsdiqləyir - onlar bitki toxumlarını paylayır, digər həşəratlarla simbiozda yaşayır, heyvanlar üçün qidadır və s.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şagird sinif yoldaşını bıçaqlayıb - VİDEO

"Sərhəd yoxdursa, Azərbaycan Şərqi Zəngəzurdan Qərbi Zəngəzura doğru addımlayacaq"

Sülhün sobotaj edilməsi Ermənistana nə üçün lazım idi? - VİDEO

Yığmamız ilk “beşlik”də yer alıb

"Rusiya qarant ölkə kimi öz imzasına hörmət etməlidir"

Ermənilərin Kəlbəcərdə basdırdıqları minalar zərərsizləşdirildi

Media Tədris Mərkəzindən Dövlət Məşğulluq Agentliyinə MÜRACİƏT

Etirazlara Xorasan da qoşuldu

Ətin qiyməti yenə artıb

17 yaşlı futbolçuya görə 32 milyon

Son telefon danışığında anasını Ağdama aparacağını dedi, 40 mərasimində atasının ürəyi dayandı...

Koronavirusla bağlı son STATİSTİKA

Şəhidin qəbri ziyarət edildi

“Qaçqınkom”un sifarişi ilə tikilmiş binalardakı mənzillərin satış qaydası MÜƏYYƏNLƏŞDİ

İyirmiyə yaxın şəxsin yaralandığı qəzanın SƏBƏBİ