Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

12:21 22-09-2022 | icon 179 | Siyasət
Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

"Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı yüksək səviyyədədir"

 

Sentyabrın 21-də Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan olunması günü münasibətilə rəsmi qəbul təşkil edib.

 

Versus.Az xəbər verir ki, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr çıxış edib. Ölkəsinin Azərbaycanla əlaqələri möhkəmləndirmək kursunu gələcəkdə də davam etdirəcəyini bildirən səfir vurğulayıb ki, 1932-ci ildə Krallığın birləşməsindən sonra Səudiyyə Ərəbistanı sürətli inkişaf yolu keçib.

 

Səfir deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Bu gün ölkələrimiz arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. O qeyd edib ki, bu günədək iki ölkənin maraqlarına uyğun saziş və memorandumlar imzalanıb. Hər iki ölkə “OPEC+” platforması vasitəsilə əməkdaşlıq edir.

 

Daha sonra maliyyə naziri Samir Şərifov çıxış edərək, Azərbaycan Hökumətinin və Prezidentinin Səudiyyə Ərəbistanı xalqına səmimi təbriklərini çatdırıb. Nazir bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir, xalqlarımız bir-birinə tarixi, dini və mədəni köklərlə bağlıdır. Keçirilən yüksək səviyyəli mühüm görüşlər ölkələrimizin siyasi-iqtisadi əlaqələrinin genişlənməsinə təkan verib. Səudiyyə Ərəbistanının ölkəmizdə qeyri-neft sektorunun ən böyük investorlarından biri olduğu diqqətə çatdırılıb.

 

S.Şərifov qeyd edib ki, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı yüksək səviyyədədir:

 

“Səudiyyə Ərəbistanı Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib, işğalçı Ermənistanla diplomatik əlaqə qurmaqdan imtina edir. Azərbaycan Səudiyyə Ərəbistanının bu mövqeyini yüksək qiymətləndirir".

 

Ağanisə Əliqaraqızı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şagird sinif yoldaşını bıçaqlayıb - VİDEO

"Sərhəd yoxdursa, Azərbaycan Şərqi Zəngəzurdan Qərbi Zəngəzura doğru addımlayacaq"

Sülhün sobotaj edilməsi Ermənistana nə üçün lazım idi? - VİDEO

Yığmamız ilk “beşlik”də yer alıb

"Rusiya qarant ölkə kimi öz imzasına hörmət etməlidir"

Ermənilərin Kəlbəcərdə basdırdıqları minalar zərərsizləşdirildi

Media Tədris Mərkəzindən Dövlət Məşğulluq Agentliyinə MÜRACİƏT

Etirazlara Xorasan da qoşuldu

Ətin qiyməti yenə artıb

17 yaşlı futbolçuya görə 32 milyon

Son telefon danışığında anasını Ağdama aparacağını dedi, 40 mərasimində atasının ürəyi dayandı...

Koronavirusla bağlı son STATİSTİKA

Şəhidin qəbri ziyarət edildi

“Qaçqınkom”un sifarişi ilə tikilmiş binalardakı mənzillərin satış qaydası MÜƏYYƏNLƏŞDİ

İyirmiyə yaxın şəxsin yaralandığı qəzanın SƏBƏBİ