"Bu, “tarixi torpaqlarımızı qayıtma” əməliyyatı kimi yadda qalacaq"- TƏHLİL

10:19 23-09-2022 | icon 290 | Siyasət
"Bu, “tarixi torpaqlarımızı qayıtma” əməliyyatı kimi yadda qalacaq"- TƏHLİL

 

 

“2022-ci il 12-14 sentyabr tarixində Ermənistnın diversiya təxribatının sərhəddə qarşısının alınması yönündə Azərbaycan silahlı qüvvələrinin verdiyi cavab əməliyyatlar tariximizndə yeni bir səhifə açdı. Azərbaycan Ordusu 200 il sonrakı tariximizə baxışda yeni konfiqurasiya yaratdı. 27 sentyabrdan 2 il sonra aparılan məlum əməliyyatlarda canından keçən şəhidlərimizin “Zəngəzur Şəhidləri” adlandırılması əbəs deyil və bu, tariximizə qayıdışımızın imzasıdır”

 

 

Versus.az xəbər verir ki, bunu hərbi ekspert Elxan Şıxəliyev 2020-ci il 27 sentyabr əks-hücum əməliyyatının 2-ci ilinə 2 həftə qalmış Azərbaycan Ordusunun növbəti dəfə Ermənistan hərbi qüvvələrinin törətdiyi hərbi təxribata verdiyi “Qətiyyətli cavab” əməliyyatının əhəmiyyəti və daşıdığı tarixi missiyanı təhlil edərkən bildirib.

 

E.Şıxəliyev qeyd edib ki, erməni təxribatlarına qarşı əməliyyatların keçirildiyi bölgə dəniz səviyyəsindən 3000 metr yüksəklikdə olan bir coğrafiyada idi. Əməliyyatların gecə şəraitində aparılmasına isə hərbçi ekspert xüsusilə diqqət çəkib:

 

“Görünən odur ki, bizim silahlı qvvələrimiz gecə əməliyyatları aparmaq səviyyəsinə yüksəliblər. Bu, xüsusən də müasir ordulara xas olan bir xüsusiyyətdir. Çünki gecə görmə şəraitində əməliyyatları aparmaq, əldə olan texnoloji avadanlıqlarla bağlıdır. Bu da onu göstərir ki, Azərbaycan artıq əməliyyatları gecə müşahidə etmə rejimində apara bilir”.

 

E.Şıxəliyev bildirib ki, Ermənistan sərhəddə son təxribatları törətməklə  növbəti dəfə Azərbaycanın siyasi - hərbi iradəsini test etmiş oldu və misli ilə cavabını aldı.

“Ermənistan ordusunun itkiləri ortadadır. İndi qarşı tərəf itkilərinin 200 nəfər olduğunu bəyan edir.

Son bir neçə gündə Azərbaycan tərəfi Qızıl Xaç Cəmiyyətinin vasitəçiliyi ilə 95 nəfər erməni hərbçisinin cəsədini təhvil verdi. Bu, Ermənistan şəxsi heyyət arasında tam itkiləri haqqında tam məlumatlı deyil. Çünki cəsədləri əllərində olmayanarı  itkin kimi göstərirlər. Ermənistanın bu itkinləri özlərinə təhvilveriləndən sonra törətdikləri təxribatla nəyə nail olduqlarının fərqində olacaqlar”.

 

Hərbi ekspert bildirib ki,  Azərbaycan silahlı qüvvələri, xüsusən də Komonda Briqadalarımızın əməliyyata cəlb olunması və 2 gün ərzində Ermənistan silahlı qüvvələrinin əvvəlki dislokasiya mövqelərinin 200 kvadrat kilometr nəzarətimizə keçməsi çox ciddi xəbərdarlıq sayılmalıdır.

 

“Bu əməliyyat Azərbaycan tarixində yeni bir səhifə açmış oldu. Əməliyyatların mahiyyət etibarilə tarixi torpaqlarımızda həyata keçirilməsi Ermənistana bundan sonra törədə biləcəkləri təxribatların artıq nəyə səbəb olacağını göstərdi. 200 kilometr  ərazidə silahlı qüvvələrimizin ərzailəri atəş və müşahidə nəzarətinə götürməsi gələcəkdə bu ərazilərin Azərbaycnın sərhəd bölgəsinə, ərazi bütövlüyümüzə, müstəqilliyimizə mümkün olan təhdidlərin qarşısını almaq üçün təhlükəsizlik zolağı rolunu oynayacaq.  Gələcəkdə Ermənistan  yenidən təxribatlara əl atanda artıq ən azı onların atdığı atəşlər gələcəkdə bizim bu bölgələrə məskunlaşacaq mülki əhalimizə təsiri minimuma endirəcək. Ən azı artilleriya atıcı silahlarının atacağı atəşlər, diversiya qruplarının ərazimizə çatması önlənmiş olacaq”.

 

Hərbi ekspert hesab edir ki, “Qətiyyətli cavab” əməliyyatı strateji tapşırıqlarımıza xidmət edən cəzalandırma tədbiri oldu. 

 

“"Qətiyyətli cavab" əməliyyatından sonrakı mərhələdə  Azərbaycan siyasi müstəvidə, istərsə də əməliyyatlar bölgəsində insiativi öz lehinə çevirmiş oldu. Zatən insiativ bütün sərhəd bölgələri də daxil olmaqla əlimizdə idi. Lakin artıq təmas xəttinin gələcəkdə sərhəd bölgəmizin indiki dislokasiya rayonlarına, silahlı qüvvələrimizin mövqelərinin o bölgələrə keçməsi ilə biz yeni status-kvo, yeni konfiqurasiya yaratmış olduq. Bu da silahlı qüvvələrimizin rəşadəti hesabına oldu.

 

Bu, Şəhidlərimizin qanı, hərbçilərimizin təri bahasına başa şəldi. Təbii ki, Şəhidlərimizə Allah rəhmət eləsin. Bu əməliyyat, Azərbaycan dövlətçilik tariximizdə “tarixi torpaqlarımızı qayıtma” əməliyyatı kimi yadda qalacaq. 13 sentyabr Şəhidlərimizin "Zəngəzur Şəhidləri" adı ilə adlandırılması daha da qürurvericidir. Çünki Zəngəzur, Göyçə hər zaman bizim xəyalımızın əraziləri idi.  Həmişə bu ərazilərlə bağlı bir daxili niskilimiz var idi. Şəhidlərimiz qanı ilə gedəcəyimiz bu yolda olan boşluqlar dolduruldu”.

 E.Şıxəliyev hesab edir ki, sülhə məcburetmə əməliyyatları fonunda Ermənistan tez bir zamanda öz qeyri-qanuni silahlı birləşmlərini Qarabağdan çıxartmalıdır. Eləcə də sərhədlərin delimitasiyası, demorkasiyası həyata keçirilməli, xüsusən də Zəngəzur karidoru açılmalıdır.

 

“Növbəti mərhələdə Azərbaycanla masada oturan Ermənistanın sülh sazişi yönündə atacağı addımlar bundan ibarətdir.  Hesab edirəm ki, ermənilər 12-13 sentyabrda başlarına dəyən yumruqdan sonra mövcud vəziyyəti daha ağılla dəyərləndirə biləcəklər. Ondan sonra Azərbaycanla mümkün ola biləcək yol xəritəsinə yenidən baxmış olacaqlar”.(hafta.az)

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şagird sinif yoldaşını bıçaqlayıb - VİDEO

"Sərhəd yoxdursa, Azərbaycan Şərqi Zəngəzurdan Qərbi Zəngəzura doğru addımlayacaq"

Sülhün sobotaj edilməsi Ermənistana nə üçün lazım idi? - VİDEO

Yığmamız ilk “beşlik”də yer alıb

"Rusiya qarant ölkə kimi öz imzasına hörmət etməlidir"

Ermənilərin Kəlbəcərdə basdırdıqları minalar zərərsizləşdirildi

Media Tədris Mərkəzindən Dövlət Məşğulluq Agentliyinə MÜRACİƏT

Etirazlara Xorasan da qoşuldu

Ətin qiyməti yenə artıb

17 yaşlı futbolçuya görə 32 milyon

Son telefon danışığında anasını Ağdama aparacağını dedi, 40 mərasimində atasının ürəyi dayandı...

Koronavirusla bağlı son STATİSTİKA

Şəhidin qəbri ziyarət edildi

“Qaçqınkom”un sifarişi ilə tikilmiş binalardakı mənzillərin satış qaydası MÜƏYYƏNLƏŞDİ

İyirmiyə yaxın şəxsin yaralandığı qəzanın SƏBƏBİ