Etirazlar, qadınların ayağa qalxması və...

09:13 23-09-2022 | icon 158 | Siyasət
Etirazlar, qadınların ayağa qalxması və...
 

Razi Nurullayev: "Bu, müsəlman ölkələri üçün yeni mərhələnin təməlidir"

 

"İranda rejim dəyişikliyinin olacağına inamım azdır. Artıq “İnstagram” sosial şəbəkəsini blokladılar. Bütün hədə-qorxulara, bu sahədə aparılan repressiv addımlara baxmayaraq, insanların küçələrə çıxması, hicaba görə öldürülən qızın hüquqları ilə bağlı öz canlarını belə qurban verməyə hazır olması ondan xəbər verir ki, hazırkı durum basdırılmış mina kimidir və istənilən anda partlaya bilər".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.
 
 
R.Nurullayev qeyd edib ki, İranın vəziyyəti sakitləşdirmək üçün atdığı bir neçə addım olub, o addımlardan sonra vəziyyət artan xətt üzrə getmədi:
 
 
"Ölkə prezidenti Məhsa Əmininin ailəsi ilə 40 dəqiqəyə yaxın danışıb. Onlara deyib ki, o da mənim bir qızım idi və bütün İran xanımları, övladları mənim öz balalarımdır. Bu kimi jestlər ediblər və öldürülən qızın ailəsi artıq bu aksiyalarda iştirak etmir, onları dəstəkləmir. Bu baxımdan etirazlarda bir səngimə yarana bilər".
 
 
Millət vəkili vurğulayıb ki, bu cür etirazlar, qadınların hüquq və azadlıqları üçün ayağa qalxması müsəlman ölkələri üçün yeni mərhələnin təməlidir:
 
 
“Ümumilikdə bu İran cəmiyyəti, idarəçiləri üçün çox ciddi siqnal oldu ki, hicaba görə əxlaq polisi qızı həbs edib, döyüb öldürə bilməz. Mən hesab edirəm ki, bundan sonrakı dövrdə İran hökuməti düşünəcək ki, İran cəmiyyəti əvvəlki kimi idarə olunmaq istəmir, qadınlar da artıq öz hüquqları ilə bağlı ayağa qalxıblar. Bu çox vacib məsələdir. Hətta Əfqanıstanda belə “Taliban” kimi qəddar rejimdə qadınlar küçələrə çıxdı və onları gülləboran etdilər. Bu həm də müsəlman ölkələrində qadın hüquq və azadlıqları ilə bağlı yeni bir mərhələnin başlanğıcıdır. Bundan sonra İran rəsmiləri də düşünməli olacaq ki, hansısa yüngülləşmələrə, açılıma getmək lazımdır”.
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şagird sinif yoldaşını bıçaqlayıb - VİDEO

"Sərhəd yoxdursa, Azərbaycan Şərqi Zəngəzurdan Qərbi Zəngəzura doğru addımlayacaq"

Sülhün sobotaj edilməsi Ermənistana nə üçün lazım idi? - VİDEO

Yığmamız ilk “beşlik”də yer alıb

"Rusiya qarant ölkə kimi öz imzasına hörmət etməlidir"

Ermənilərin Kəlbəcərdə basdırdıqları minalar zərərsizləşdirildi

Media Tədris Mərkəzindən Dövlət Məşğulluq Agentliyinə MÜRACİƏT

Etirazlara Xorasan da qoşuldu

Ətin qiyməti yenə artıb

17 yaşlı futbolçuya görə 32 milyon

Koronavirusla bağlı son STATİSTİKA

Şəhidin qəbri ziyarət edildi

Son telefon danışığında anasını Ağdama aparacağını dedi, 40 mərasimində atasının ürəyi dayandı...

“Qaçqınkom”un sifarişi ilə tikilmiş binalardakı mənzillərin satış qaydası MÜƏYYƏNLƏŞDİ

İyirmiyə yaxın şəxsin yaralandığı qəzanın SƏBƏBİ