Gündə bir qədəh qırmızı şərab içsəniz...

15:38 18-01-2019 | icon 145 | Sağlamlıq
Gündə bir qədəh qırmızı şərab içsəniz...

 

Alimlər bir stəkan qırmızı şərabın 1 saatlıq idmana bərabər olduğunu təsbit edib.

 

Versus.Az  publika.az-a istinadən xəbər verir ki, Alberta Kanada Universitetinin alimləri qırmızı şərabın bir saatlıq idmana bərabər olduğunu açıqlayıb. Son illərdə aparılan ən xoş tədqiqatın direktoru Ceyson Dayk iddia edir ki, bu araşdırma müəyyən səbəblərdən dolayı idman zalına gedə bilməyənlərə köməklik göstərə bilər.

Şərabın bədən üzərində müsbət təsirinin sirri mürəkkəb resveratrolda gizlənib. Bu təbii fitoaleksin performansı artırır, ürək döyüntülərini artırmaqla onun funksiyasını yaxşılaşdırır. Nəticə etibarı ilə məcburi olaraq əzələləri gücləndirir. Bu nəticələr idman zalında bir saatlıq məşqə bərabərdir. Yuxarıdakıların hamısına əlavə olaraq resveratrol qanda şəkərin səviyyəsini tənzimləyir və qocalma əleyhinə təsir göstərir. Gündə bir stəkan qırmızı şərab içən insanlarda demans, xərçəng və 2-ci tip diabet xəstəliklərinin yaranma ehtimalı çox aşağıdır. Əlbəttə ki, Kanada alimləri heç kimi alkoqolizmə təşviq etmir, yalnız üzüm şirəsinin qıcqırmasının faydalarını elmi nöqteyi-nəzərdən əsaslandırıblar.

"Hesab edirəm ki, şərabda olan resveratrol idman zalına getmək istəyən, lakin buna imkanı ola bilməyən insanlara kömək edə biləcək. Resveratrol fiziki hərəkətlərin nəticələrini imitasiya edə bilir, dolayısı ilə bədəni tonusa gətirir" , - deyə Ceyson Deyk müsahibəsində vurğulayıb.

Burada sizinlə son dərəcə dürüst olmaq lazımdır. Qeyd etməliyik ki, Kanada alimləri resveratrolun bədənə təsirini laboratoriya siçanlarının üzərində aparıb. Mütəmadi olaraq resveratrol qəbul edilməsi nəticəsində siçanlarda fiziki aktivliyin və əzələ gücünün artdığı müşahidə olunub.

 

Araşdırmanın növbəti mərhələsi diabet xəstəsi olan könüllülər üzərində aparılacaq. Qeyd etmək lazımdır ki, alimlərin bir qrupu şərabın faydalarını müdafiə edir, ikinci qrup isə bədənə zərərli təsirləri olduğunu iddia edir. Elm adamlarının bu qarşıdurması uzun illərdir davam edir. Hər ikisi də bizə inandırıcı faktlar təqdim edir. Odur ki, kimə qeyd-şərtsiz etibar etmək lazım olduğunu anlamaq çox çətindir.

Şərab 10.000 ildən çox tarixi olan alkoqollu içkidir. Dünyadakı digər faydalı məhsullarla olduğu kimi, onunla da ölçü hissini bilmək lazımdır. Yadda saxlayın ki, bu şərab çox quru olmalıdır. Təəssüf ki, bizdə nadir insanlar üzüm çeşidlərindən və şərabın keyfiyyətindən yaxşı anlayır. Yeri gəlmişkən, bizdə çox məşhur olan kəmşirin şərablar dünyanın qalan hissəsində şərab kimi qəbul edilmir.

Şəkər ilə bir çox istehsalçı uğursuz üzüm məhsullarının dadını maskalayır. Həmçinin şəkərin özünün də insan orqanizmi üçün faydalı hesab edilə bilməyəcəyini nəzərə alınmalıdır. Ən keyfiyyətli və sağlamı - quru qırmızı şərabdır. Ağ quru şərab da içə bilərsiniz, ancaq onda resveratrolun tərkibi sıfırdır. Yeri gəlmişkən, resveratrol yerfıstığı yağı, qırmızı üzüm və tünd şokoladın da tərkibində var.

 

Versus.Az

Xəbər lenti

Ölkənin firəvanlığını, gələcəyinı qurban verməyə hazır olanlar...

Əli Əhmədov: "Elələri milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər"

Jurnalistin qardaşının evi yenə qarət edildi

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb

Nazir Türkiyə tərəfinə təşəkkür edib

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti ilə görüşüb

Deputat Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

AXH Qurultaya hazırlaşır

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

AXH Qurultaya hazırlaşır

5 addımda arıqlama

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Ermənilər mövqelərimizi atəşə tutdu

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi