Şagirdlərimizin qələbə əzmi

16:11 18-01-2019 | icon 138 | Təhsil
Şagirdlərimizin qələbə əzmi

 

Son illərdə Azərbaycan məktəblilərinin dünyanın nüfuzlu beynəlxalq fənn olimpiadalarından vətənə medallarla qayıtması artıq xoş ənənəyə çevrilib. Bu günlərdə təhsil ictimaiyyəti bu xoş ənənənin növbəti sevincini yaşadı. Bu sevinci yaşadan və hər birimizdə fəxarət hissini yaradan Təhsil Nazirliyi nəzdində Respublika Fizika, riyaziyyat  və informatika təmayüllü  liseyinin şagirdləri oldu.

 

Şagirdlərimiz 9-15 yanvar 2019-cu il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq Jautıkov Olimpiadasında ölkəmizi layiqincə təmsil edərək 2019-cu ilin ilk olimpiada medallarını komandamızın hesabına yazdırıblar. Liseyin 10-cu sinif şagirdləri Abutalıb Namazov, Murad Eynizadə informatika fənni üzrə gümüş medal, 11-ci sinif şagirdi Ramil Cəbiyev və 10-cu sinif şagirdi Murad Ağazadə riyaziyyat fənni üzrə gümüş medal, 11-ci sinif şagirdi Murad Ağayev isə bürünc medal qazanıblar.

 

Şagirdlərimizin  Qazaxıstandakı  uğurlu çıxışını  “Azərbaycan müəllimi” qəzetinə  şərh edən  Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri, Respublika və Beynəlxalq fənn olimpiadaları üzrə koordinator Fuad Qarayev onların qələbə əzmini çox yüksək qiymətləndirib: “Hər il Qazaxıstanda təşkil olunan Beynəlxalq Jautıkov Olimpiadasında məktəblilərimiz 15 fərqli ölkədən olan şagirdlərlə riyaziyyat, fizika və informatika fənləri üzrə yarışaraq öz bilik və bacarıqlarını nümayiş etdirirlər.Əsasən Orta Asiya ölkələrinin məktəblilərinin qatıldığı olimpiadada ABŞ, Rusiya və Türkiyə məktəbliləri də iştirak edir. Bu kimi yarışlar şagirdlərimizin yeni tipli suallarla tanış olması, formada qalması və müxtəlif xalqlardan olan istedadlı yaşıdları ilə dostluq münasibəti qurması, bilik mübadiləsi istiqamətində çox əhəmiyyətlidir. Bu olimpiada şagirdlərimizin qələbə əzminin çox yüksək olduğunu göstərdi”.

 

Fuad Qarayevin sözlərinə görə, 2006-cı ildən etibarən iştirak etdiyimiz Jautıkov olimpiadasında bu günə kimi məktəblilərimiz 3-ü qızıl, 18-i gümüş, 26-sı bürünc olmaqla 47 medal əldə ediblər: “Builki olimpiadanın  nəticələrinə (4 gümüş, 1 bürüc medal) əsasən hesab edə bilərik ki, bu, kifayət qədər yaxşı nəticədir. Bu yarışma həm də beynəlxalq olimpiadalara hazırlıq prosesində hansı nüanslar üzərində daha diqqətlə dayanmağımıza, güclü və zəif tərəflərimizi müəyyənləşdirməyimizə kömək edir və onu deməyə əsas verir ki, şagirdlərimizin potensialı yüksəkdir”.

Fuad Qarayev beynəlxalq olimpida hazırlığında növbəti hədəflərdən də danışıb.  Onun sözlərinə görə, beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində çalışmalar ilboyu davam edir. “Düşünürük ki, gün keçdikçə şagirdlərimizin hazırlığı daha da artacaq. Əsas hədəfimiz 5 fənn üzrə keçirilən və iştirak etdiyimiz bütün bu olimpiadalarda Azərbaycanı layiqincə təmsil edəcək şagirdləri hazırlamaqdır.   Avqust ayında ölkəmizdə təşkil olunacaq 31-ci Beynəlxalq İnformatika Olimpiadası xüsusi əhəmiyyətə malikdir. Bu səbəbdən informatika fənni üzrə şagirdlərimizin hazırlığına da xüsusi diqqət yetirməyə çalışırıq. Belə ki, bu sahədə Azercell Telekom şirkətinin Barama İnnovasiya və Sahibkarlıq mərkəzi ilə sıx əməkdaşlıq edirik. Yanvar ayının sonunda şagirdlərimizi Tehran şəhərinə riyaziyyat və informatika fənni üzrə İran məktəbliləri ilə birgə təşkil olunacaq təlim-məşq toplantılarına göndərilməsini planlaşdırmışıq. Ümumiyyətlə, əldə edilən nailiyyətlərə görə şagirdlərimizi təbrik edərək, onların müəllimlərinə təşəkkürümüzü bildiririk”.

 

Versus.Az

Xəbər lenti

Ölkənin firəvanlığını, gələcəyinı qurban verməyə hazır olanlar...

Əli Əhmədov: "Elələri milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər"

Jurnalistin qardaşının evi yenə qarət edildi

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Taxıl sahəsində başlayan yanğın alma bağlarına keçib

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

19 yerdə məktəb yarmarkası fəaliyyətə başlayıb

Nazir Türkiyə tərəfinə təşəkkür edib

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti ilə görüşüb

Deputat Qusarda sərhəd mühafizəçiləri ilə görüşüb

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

AXH Qurultaya hazırlaşır

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

AXH Qurultaya hazırlaşır

5 addımda arıqlama

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Kənddə qulyabani ovu: həmin “naməlum varlıq” bu dəfə Çiyni sakinlərini “təqib edir” - FOTO

Ermənilər mövqelərimizi atəşə tutdu

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Azərbaycanın hərbi qulluqçuları Moskvada mükafatlandırılıb

Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri ilə görüşüb

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi