Biləcəri sakinləri “Güllə Yağışı”nın önünə toplandı

15:18 19-01-2019 | icon 120 | Qarabağ
Biləcəri sakinləri “Güllə Yağışı”nın önünə toplandı

 

Versus.Az xəbər verir ki, Yanvarın 19-da Biləcəri qəsəbəsi “Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirildi.

 

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakinləri olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir faciə qurbanların xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanıldı. Tədbirin aparıcısı Azərbaycanın Respublikasının xalq artisti Sabir Məmmədov 20 Yanvar faciəsi barədə məlumat verərək, Azərbaycan xalqının qəlbində və tariximizdə 20 Yanvar şəhidlərinin tutduqları əvəzssiz yerdən danışdı. Çıxış edən “20 Yanvar” Cəmiyyətinin rayon şöbəsinin sədri Mübariz İsmayılov İmperiyanın silahına qarşı yalın əllə, lakin ən şirin kəlmə olan «azadlıq» sözü ilə çıxdıqlarını bildirdi. Natiq Azərbaycan xalqı təkcə dərd deyil, arzusunda olduğu azadlıq birləşdirdiyi üçün  o hüznlü günlərdən qürurla başımızı dik tutub çıxa bildiyimizi qeyd etdi.

 

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov “20 Yanvar” hadisəsi xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, Azərbaycanda milli Müstəqil dövlət quruculuğu üçün sosial əsasların yarandığını göstərdiyini bildirdi. Natiq qeyd etdi ki, Ötən illər ərzində Azərbaycan dövlətinin, o cümlədən “Heydər Əliyev Fondu” nun bu faciə ilə bağlı aparıcı dünya dövlətlərinə çoxlu müraciətləri olmuş, Azərbaycan diasporası və xarici ölkələrdəki səfirliklərimiz tərəfindən “Qanlı Yanvar” və “Xocalı” faciələri bir çox vasitələrlə dünya ictimayyətinə çatdırılmışdır. İlqar Süleymanov  hər birimizin itirilmiş torpaqlarımızın qaytarılması arzusu ilə yaşadığını, 2016-cı ilin aprel döyüşlərində qazanılan uğurlar, Milli Ordumuzun peşəkar orduya çevrildiyini, Ali Baş Komandanımızın cəsarətindən və ordumuza qayğısından xəbər verdiyini bildirdi.Natiq qısa zaman ərzində işğalda olan torpaqlarımızı azad etməklə şəhidlərimizin müqəddəs ruhlarını şad edəcəyimizdən əmin olduğunu dedi.

 

Daha sonra tədbir gənclərin ifasında ifasında Vətənpərvərlik şeir və mahnıları səsləndirildi. Tədbir Azərbaycan Respublikasının xalq artisti Sabir Məmmədovun ifasında “Ayağa dur Azərbaycan” vətənpərvərlik şeirinin sədalarında başa çatdı. Anım mərasimi bitdikdən sonra tədbir iştirakçıları və rayon ictimaiyyəti “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyaraq xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərin ruhuna öz ehtiramlarını bildirdilər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

QHT LAYİHƏYƏ START VERDİ

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

Jurnalistin qardaşının evi yenə qarət edildi

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb

"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb