8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək – İLK DƏFƏ

16:03 19-01-2019 | icon 146 | İdman
8 Olimpiya mükafatçısı Bakıda çıxış edəcək – İLK DƏFƏ

 

16-17 fevral tarixlərində Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb.

 

Versus.Az modern.az-a istinadən istinadən bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 31 ölkədən 200-ə yaxın iştirakçının qeydə alındığı siyahıda ən titullu gimnastların olması artıq bütün diqqətləri bu yarışa cəlb edib. Belə ki, Tokio Olimpiadasına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Qonçarov Vladislav, Maklennan Rosannah, Burinet Ceyson, Donq Donq, Qao Ley, Uşakov Dmitri və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparacaq. Bakı tamaşaçısı isə ilk dəfə olaraq, Milli Gimnastika Arenasında bu qədər sayda Olimpiya mükafatçılarının möhtəşəm çıxışlarını canlı izləyə biləcəklər.

 

Yalnız Olimpiya deyil, bir çox dünya və Avropa çempionatı medalçılarının da yer alacağı kubok rəqabətin ən yüksəkdə olacağını artıq indidən vəd edir.

 

Ulduz kişi və qadın gimnastların siyahısı aşağıdakı kimidir:

 

- (Belarus) Qonçarov Vladislav – Olimpiya Oyunları 2016 – qızıl
- (Kanada) Maklennan Rosannah – Olimpiya Oyunları 2012, 2016 – qızıl
- (Kanada) Burinet Ceyson – Olimpiya Oyunları 2008 – gümüş
- (Çin) Donq Donq – Olimpiya Oyunları 2012 – qızıl
- (Çin) Gao Ley – Olimpiya Oyunları 2016 – bürünc
- (Böyük Britaniya) Peyc Brioni – Olimpiya Oyunları 2016 – gümüş
- (Rusiya) Uşakov Dmitriy – Olimpiya Oyunları 2012 – gümüş
- (Avstraliya) Vizani Benni – Yeniyetmələrin Olimpiya Oyunları 2018 – bürünc
- (Belarus) Rabstau Aleh – Dünya Çempionatı 2018 – qızıl (sinxron)
- (Rusiya) Yudin Andrey – Dünya Çempionatı 2018 – bürünc
- (Rusiya) Pavlova Yana – Dünya Çempionatı 2018 – bürünc
- (Avstriya) Klarke Dominik – Dünya Çempionatı 2018 – bürünc (sinxron)
- (Portuqaliya) Gançinho Dioqo – Avropa Çempionatı 2018 – qızıl
- (Belarus) Litvinoviç İvan – Avropa Çempionatı (yeniyetmə) 2018 – qızıl
- (Belarus) Qonçarova Hanna – Avropa Çempionatı – gümüş
- (Fransa) Morante Allan – Avropa Çempionatı 2018 – bürünc
- (Qazaxıstan) Aliyev Pirmammad – Asiya Oyunları 2018 – bürünc

Qeyd edək ki, 2019 və 2020-ci illərdə Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə (2019, 2020) ev sahibliyi edəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ: O kəslər bir yerdə yaşasınlar ki, ayrı yaşaya bilmirlər

Lənkəranda bir neçə təhsil müəssisəsinin açılış mərasimi olub

ÜMİDDƏN ASILAN QILINC

Qazilər 92-ci il döyüşlərindən danışdılar

"Bu, islahat deyil, utancverici göstəricidir"

"Bəs Əli Kərimli niyə susur?"

“Özünü güclü siyasi qüvvə və ya "ana müxalifət" hesab edirsə, buyursun seçkiyə” - MÜSAHİBƏ

Laçın şəhər 37 saylı məktəbdə BİLİK GÜNÜ - VİDEO

Qəbrin nurla dolsun şəhidim...

713-ün Laçında düzənlədiyi parad

Musiqi sevgisinin kökündə duran Üzeyir Hacıbəyli işığı

Fuad Qəhrəmanlının qızından atası və Əli Kərimli ilə bağlı - Sensasion iddialar

AXCP sədri: Prezidentə və Birinci vitse-prezidentə qarşı “səlib yürüşü” edə bilmərik

ŞƏHİD QƏBİRLƏRİNDƏN DUYULAN VƏTƏN ANDIMIZ 

Mitinqə görə imiş... yesinlər mitinqinizi