Bu gün AŞPA-nın qış sessiyası işinə başlayır

10:43 21-01-2019 | icon 196 | Siyasət
Bu gün AŞPA-nın qış sessiyası işinə başlayır

 

Bu gün AŞPA-nın qış sessiyası işinə başlayır.

 

Versus.Az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun qış sessiyasında iştirak etmək üçün ötən gün Fransanın Strasburq şəhərinə yola düşüblər.

 

Nümayəndə heyətinə mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyev daxildirlər.

 

Qış sessiyası 5 gün davam edəcək. Əvvəlcə təşkilati məsələlərə baxılacaq, qurumun yeni rəhbərliyi seçiləcək. Sessiya çərçivəsində Nazirlər Komitəsinin iclası olacaq, AŞPA-nın hazırkı baş katibi T.Yaqland çıxış edəcək.

 

AŞPA-nın plenar iclaslarında Gürcüstanda keçirilmiş prezident, Ermənistanda isə parlament seçkilərinin müşahidəsi ilə bağlı müzakirələr aparılacaq. Avropa Şurası ölkələrində referendum prosedurlarının yenilənməsi, demokratik seçkilər üçün media azadlığının əsas şərtləri, yalan məlumat ötürmə və təbliğetmənin ifşasında ictimai medianın rolu, milli azlıqların hüquqlarının qorunması və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq. Avropa insan hüquqları Konvensiyası ilə şəriət qanunlarının uyğunluğu mövzusuna həsr olunan müzakirədə "AŞ üzvü olan dövlətlər Qahirə deklarasiyasını imzalaya bilərmi?" sualı ətrafında polemika aparılacaq.

 

Milli Məclisin deputatları müzakirələrdə fəal iştirak edəcək, baxılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

Səfər yanvarın 27-də başa çatacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Səni bu günə kim salıb, Yardımlı?..

Üç ildir soyqırımla bağlı bu təklifi edirəm

“Zəiflik, tənginəfəslik, sinədə ağrı…”

"Bakıda "Xocalı şəhərciyi" yaradılsın"

“Xəyalımda o 12 pilləkəni ağ gəlinlik paltarda düşürdüm...”

HANI BU QANIN YİYƏSİ?!

"ZİRVƏ"DƏN TƏQDİM OLUNAN "PRAVDA"DA "YARDIMLININ SƏSİ"

SABİR RÜSTƏMXANLI yazır: Seçkinin ədəbiyyat havası

Erməni hannibalizmi: Xocalıda azərbaycanlıların orqanları niyə çıxarılırdı?

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Xocalı soyqırımının 28-ci ili və səbəblər... - MÜSAHİBƏ

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

“Onlar ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər”

AVMVİB rəhbərliyi və 713 nömrəli hərbi hissənin döyüşçüləri Xocalı soyqırımı abidəsini ziyarət etdilər

Sabah Bakıda hava çiskin olacaq