Ukraynanın vurduğu raket Moldovaya düşdü

14:37 31-10-2022 | icon 200 | Dünya
Ukraynanın vurduğu raket Moldovaya düşdü

Moldovanın Oknitsa rayonunun Naslavça sərhəd kəndi ərazisinə Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulan raket düşüb.

 

Bu barədə Moldova Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti xəbər yayıb.

 

“Hazırda xəsarət alan yoxdur, lakin Naslavçada bir neçə evin pəncərələri qırılıb”, - deyə məlumatda bildirilir.

 

Moldova DİN Ukrayna mənbələrinə istinad edərək yazır ki, Rusiya Ukrayna ərazisindəki su elektrik stansiyasını (SES) raket atəşinə tutub. Stansiya Naslavçadan 10 km məsafədə yerləşir.

 

Mətbuat xidməti pəncərələri sınmış üç evin fotolarını yayıb. Bildirilir ki, raketin düşdüyü ərazi mümkün təhlükələrin qarşısını almaq üçün mühasirəyə alınıb. Hadisə yerində müstəntiqlərdən ibarət qrup işləyir.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Bakıya 12 metrlik avtobuslar gətirildi

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?