"Ay Laçın"-la OFSUNLADI

17:00 01-11-2022 | icon 428 | Mədəniyyət
"Ay Laçın"-la OFSUNLADI

Cazı əsrarəngiz qılan gözəl Əzizə Mustafazadə...

 

 

 

ÜLVİYYƏ ABIŞOVA

 

Uzun zamandı gözlədiyim konsert- Əzizə Mustafazadə, nəhayət, Bakı səhnəsində. Konsertə tək gəlmişəm. Gözlədiyim ab-hava başqadı. Onu tək yaşamaq, məncə, daha gözəldi. Yarım saat var daha konsertin başlamasına. İçəri keçib paltomu qarderoba verib yuxarı qalxdım. Fonda gözəl, həzin caz musiqisi, foyedə sakit gəzişən insanlar. Tək gələnlər az deyil. Hansı sektordan daxil olacağımı dəqiqləşdirib, gəzişməyə başladım, sonra bir guşədə rahat bir kresloda oturub yaşayacağım büyüləyici atmosferi gözləyə-gözləyə yazmağa başladım. İnsanlar çox səssiz gəzişir. Sanki hər kəs artıq beynində yaratdığı o aymosferə köklənib. Gözlənti. Çox ümid edirəm, yaşayacağım hisslər gözləntimin də üstündə olacaq. Bu arada yadıma düşdü ki, gül dəstəsi almaq istəyirdim. Unutmuşam. Olsun...

 
 
Konsert salonundayıq. Konsertin başlamasına 10 dəqiqə var. Zal, demək olar, dolub. Lakin bir sakitlik hökm sürür ki, aşağı-yuxarı yerlərinə keçən dinləyicilərin asta ayaq səsləri gəlir ancaq. Fərqli ab-hava hökm sürür salonda. Gözləyirik. Bir tərəfimdə gənc bir oğlan, digər tərəfimdə bir ailə oturub. Biri-birinə nəsə demək istəyənlər belə çox sakit danışırlar. Sanki sehri pozmaqdan çəkinir hər kəs. İşıqlar sönür. Konsert biletdə göstərilən vaxtdan 20 dəqiqə gec başlayır. Və Əzizə Mustafazadə səhnəyə dəvət olunur.
 
 
"Bismillahir rəhmanir-rəhim" deyə başlayır, azərbaycan dilində salamlayır salonu, sonra üzr istəyərək rusca danışacağını bildirir. Lakin konsert boyu bacardığı qədər azərbaycan dilində qısa ifadələr də olsa, söyləməyə çalışır. Əzizə Mustafazadə istedadı ilə yanaşı, səhnə mədəniyyəti, zahiri zərafəti ilə də seçilib hər zaman. Bugün bir də məlahətli səsi, asta, rəvan danışığı ilə də insanın ruhuna xitab edirdi. Gözəllik, səmimiyyət, ustalıq- ruhumuz bu gözəl gecədən nəsibini alırdı. Sehrləyici- dünəndən bəri "büyüləyici" sözünün bizim dildə gözəl ifadəsini axtarırdım. Sehr-sehrləyici-sehrli - dünənki konsertdən gözləntim bunlar idi. Aldımmı - dadına doymadan, aldım... Tək mənmi - hər kəs səssiz, emiosiyalarını çox sakit bir-biri ilə bölüşə-bölüşə çıxırdı salondan dayanmayan alqışlar altında Əzizə Mustafazadə və trio və istedadlı oğlu Ramizxan səhnəni tərk edəndən sonra. Hər kəs sehrlənmişdi. Gənci-yaşlısı, hər kəs heyrətlər içindəydi. Və yenə də o ab-havanı pozmamağa çalışırdı.
 
 
Nə yaxşı ki evə getmək üçün maşına-filan minmək lazım deyildi. Bu gözəl mənəvi havadan sonra onu qəlbə dərindən sindirmək üçün özümlə açıq havada qalmağım şərt idi. Həyatımda gəzmədiyim kimi yavaş addımlarla bayırdakı gözəl havada evə tərəf gedirdim. Başımı qaldırdıqda yüksəkmərtəbəli binaların pəncərələri, onlardan süzülən işıqlar sanki caz musiqisi idi. Bəlkə konsert boyu fon işıqları o pəncərələrə çox bənzədiyindəndi... yaşadığım havanı udduğum hava ilə bir daha qəlbimin dərinliklərinə endirirdim.Nə yaxşı ki, özümü bu gözəllikdən məhrum etmədim...
 
 
Gələn görüşədək, cazı əsrarəngiz qılan gözəl Əzizə Mustafazadə...
 
 
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Bakıya 12 metrlik avtobuslar gətirildi

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?