Şəhid Əzəmi Hüseynov haqqında sənədli film - TƏQDİMAT

17:53 01-11-2022 | icon 237 | Şəhidlər və şahidlər
Şəhid Əzəmi Hüseynov haqqında sənədli film - TƏQDİMAT

Bu gün “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi “Suqovuşanı canı bahasına azad edən şəhid Əzəmi Hüseynov haqqında sənədli film”i geniş ictimaiyyətə təqdim edib.

 

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə iki aylıq layihə çərçivəsində hazırlanan filmdə şəhidin həyat yolu təsvir olunub.

 

Tədbiri giriş sözü ilə açan İMDİB sədri Emil Əkbərov bu kimi filmlərin davamlı olacağını deyib:

 

“Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən, torpaqları düşmən tapdağından xilas edərkən şəhid olan Əzəmi Hüseynov təkcə Mingəçevir deyil, bütün Azərbaycan gəncliyinə nümunədir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər xalqımızın yaddaşında sonsuz fəxarət və qürur hissləri ilə əbədi yaşayacaqdır. Doğma Qarabağımızı işğaldan azad edərək otuzillik yurd həsrətinə son qoyan cəsur zabit və əsgərlərimiz canları və qanları bahasına yeni tariximizin şanlı səhifələrini yazdılar.

 

Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizdən biri də Əzəmi Hüseynovdur. Daşıdığı adın haqqını verən, Şuşa həsrəti ilə böyüyüb boya-başa çatan Ə.Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. Əzəminin ailəsi 1992-ci il mayın 8-də Şuşa şəhərinin erməni işğalına məruz qalması səbəbindən doğma yurdunu tərk etməyə məcbur olub və Mingəçevirdə məskunlaşıb.

 

2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsi başladığı gündən Ə.Hüseynov baş çavuş və sanitar təlimatçı kimi ordu sıralarına qoşulub. O, oktyabrın 8-də Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, göstərdiyi igidliyə və mərdliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, Ə.Hüseynov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Fürsətdən istifadə edib Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinə dəstəkdən dolayı təşəkkür edirəm”.

 

Daha sonra çıxış edənlər filmin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinə və İMDİB-yə təşəkkür ediblər.

 

Sonda iştirakçılara üzərində filmin loqosu əks olunan disklər paylanıb.

 

Qeyd edək ki, “Suqovuşanı canı bahasına azad edən şəhid Əzəmi Hüseynov haqqında sənədli film” “İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən çəkilən sayca ikinci sənədli filmidir. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçında bərpa işləri sürətlə davam edir"

Bakıya meydan oxuyan “sülhməramlılar”

DTX-nın NAXÇIVAN ƏMƏLİYYATI

Laçında məhv edilən erməni postundan GÖRÜNTÜLƏR

Fransızlar və amerikalılar ATƏT-in Minsk qrupunu dəfn etdilər

İranın anti-Azərbaycan xarakterli hərəkətləri

Əlisa Nicata maliyyə yardımı göstəriləcək

Fransa öz keçmişi ilə üzləşməli, bəşəriyyətdən üzr istəməlidir

İlk qar da yağdı

“Şuşa ili”nə həsr olunan “270-ci səhifə” - SƏNƏDLİ FİLM

Bəzi deputatlara yeni vəzifə veriləcək

Saakaşvili siyasətdən getdi

Ev alarkən geri qaytarılan min manatlar

Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

Məktəbdə istilik problemi